Makiyaj edərkən yol verilən səhvlər hansılardır?

Müəllif: Sweet Candy
Şərhlər: 10
Baxılıb: 2 400
Səs ver:
(səs: 1)
Makiyaj etmək, gözəl bir görünüşə sahib olmaq üçün ən böyük köməkçimiz, ancaq bəzən istədiyimiz nəticəyə heç cür çatammırıq.Makiyaj bir qadın üçün əvəzolunmazdır, çünki məqsədi özünü birbaşa gözəl hiss etməkdir. Bəzən edilən səhvlər bu gözəl görünüşün qarşısını kəsə bilir. Sizə uyğun, üzünüzdə vurğulamaq istədiyiniz hissələri ortaya çıxaran makyajlar seçdiyinizdə özünüzdən əmin bir duruşa sahib ola bilər və daha gənc bir görünüş əldə edə bilərsiniz.İndi isə makiyaj səhvlərini diqqətlə oxuyun.Gələn dəfə makiyaj etdiyinizdə inanırıq ki, bu yazdıqlarımız sizə çox böyük kömək edəcəkdir.

1. Birinci səhv yalnış tonal krem seçimi və əsassız tətbiq edilməsidir.Tonal krem dəri makiyajında çox vacibdir. Açıq dəri rəngini sevirsiniz və ya rənginiz ağdı deyə mütləq açıq rəng seçməlisiniz deyə bir şey olmamalıdı və yaxud qaralmaq üçün tünd rənglərə üstünlük verməməlisiniz.Çünki üzünüzə tətbiq etdiyiniz ton pis görünməsə də, tonal və boyun hissələrində böyük bir fərq olacaq və bu da xoşagəlməz görüntü ortaya çıxaracaqdır.Bu səbəbdən də tonal krem seçiminizə diqqət edin. Tonal krem üzdə qabıq kimi qalırsa bu heç də yaxşı görünməz. Hətta səhv tətbiq edilən tonal krem daha yaşlı görünüşə yol açar. Tonal krem bir qat şəklində tətbiq edilməli və makiyaj süngərinin köməyi ilə üzə yaxşı şəkildə yeridilməlidir.

2. Ənliyi səhv şəkildə üzə tətbiq etmək.Ənliyi səhv şəkildə tətbiq edərsək, xoş bir görüntüyə sahib ola bilmərik.Makiyaj səhvləri içərisində ən çox görülən ənliyin səhv tətbiq olunmasıdır. Çünki ənliyin sürülməsi əslində çətin bir işdir.Ənlik istifadə edərkən olduqda yumşaq rənglər olanşaftalı, işıq çəhrayı və ya qayısı kimi rənglər istifadə edilməlidir. Ənliyi Sürtmədən əvvəl, fırçanızdakı artıq ənliyi mütləq almalısınız və almacıq sümüklərinizin tam üzərinə sürməməlisiniz,nə altına olmalıdı nə də üstünə. Belə olmadıqda üzünüzdəki makiyaj keçmiş zamandakı makiyajları əks etdirəcəkdir .

3. Dodaq qələmi rəngi.Dodaq qələminin məqsədi makiyajda diqqəti cəlb etməsi və ya fərqlənməsi demək deyildir. Daha sonradan vuracağımız dodaq boyasının aşmasının qarşısını almaq üçündür. Buna görə də, çərçivəni hazırlayarkən, dodaqlarınıza aşırı gözə çarpacaq dərəcədə sürülməməli və dodaq boyasına ən yaxın tonda dodaq qələmindən istifadə edilməlidir.3.Tam edilməmiş göz makiyajı.Yalnış tonda göz tenlərini bir arada istifadə etsəniz və ya səhv bir şəkildə tətbiq etsəniz, göz qapaqlarınız quru və tozlu görünə bilər. Çox qadın makiyaj edərkən göz makiyajını düzgün və bərabər şəkildə düzəldə bilməz.Birincisi, göz qapaqlarınıza krem sürtün və təməli hazırlayın. Bu, tenin qalıcı olmasını təmin edəcəkdir və xüsusilə şampan, bej və qəhvəyi kimi təbii rənglərdə tenlərdən istifadə edirsinizsə xüsusilə istifadə etməlisiniz.Ten rəngi seçiminiz nə qədər açıq olarsa göz qapağında görüntüsü o qədər quru olar. Qara ten tətbiq etdiyiniz halda bunu kirpik diblərinə fərqlənəcək şəkildə tətbiq edin.

4. Qarışıq kirpiklər.Hər nə qədər bu tip kirpikləri podiumlarda görsək də, gündəlik həyatımızda çox da zərif deyil. Bir də üst-üstə sürülmüş tuşla qatı bir görünüş əldə edildiyində, kirpiklərin görüntüsü necə ağır olur siz düşünün. Tuş vurmazdan əvvəl mütləq kirpikləri darayın və tuşu iki addımda tətbiq edin. Tez-tez tuşunuzu yoxlayın və qurumuş tuşlardan istifadə etməyin. Tuşları kirpik diblərinə yuxarı aşağı tətbiq edin və tətbiq edildikdən sonra artıq qalıqları kirpik fırçası ilə təmizləyin.
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 2 400
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri