Gəlinlər makiyaja diqqət!

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 1 864
Səs ver:
(səs: 1)
Ən gözəl gününüzdə gözəlliyinizə gözəllik qatmaq əlinizdədir.

Üz

Kirşan və örtücü krem qüsursuz bir görünüş üçün vacibdir. Ağ qiyafədə olacağınız üçün örtücü kremi dəri rənginizdən tünd seçməyin, yoxsa üzünüz boğunuq görünə bilər. Təbi görünüş üçün dəri rənginizə uyğun örtücü krem və pudra seçin.

Açıq sinəsi olan bir paltar seçmişsinizsə bu zaman boynunuza da kirşan çəkməyi unutmayın.

Gözlər
Gözlərinizi vurğulamaq üçün açıq rəngdən orta tünd rənglərə qədər olan bir ton seçə bilərsiniz. Qaş sümüyünüzün tam altına isə, açıq dərilisinizsə ağ, bir az qarabuğdayısınızsa sümük rəngi bir göz boyası çəkin. Bu görünüş gəlinliyinizin gözəlliyi ilə bir-birini tamamlayacaqdır.

Kakao, qum rəngləri göz qapaqlarının ətrafını vurğulaya biləcək rənglərdən sayılır. Baxışlarınızın diqqət çəkməsi üçün alt və üst göz qapaqlarını qəhvəyi, tünd yaşıl və ya kömür rəngi kimi təbi tonlarla rəngləyin.

Qaşlar da müəyyən miqdarda rənglənməlidir. Lakin diqqət çəkəcək qədər yox! Təbi bir görünüş üçün saç rənginizə uyğun olan göz qələmi ilə rəngləyin. Qaşlarınızın alınmasını bir-iki gün əvvəl etsəniz qızarıqların yaranmasının qarşısını almış olarsız.

Bu gözəl gününüzdə mütləq suyadavamlı tuşdan istifadə edin. Bu tuş həm daha uzun ömürlü olacaq həm də belə duyğulu gününüzdə göz yaşlarınızın gözəlliyinizi pozmasına imkan verməyəcək. Dəri rənginiz çox açıqdırsa tünd qəhvəyi tuşdan istifadə edin. Kirpiklərinizin daha uzun və gözlərinizin daha böyük görsənməyi üçün tuşdan istifadə etməzdən əvvəl kirpiklərinizi kirpik qaldıran cihazla qaldırın.

Yanaqlar
Sizi sağlam göstərəcək bir ənlik seçin! Dərinizin rəngi açıqdırsa çəhrayı, qarabuğdayısınızsa, qırmızı tonları seçin. Ənlik yanaqlarda almacıq sümükləri istiqamətində və alnınıza çəkilir. Daha təbi görsənmək üçün yalnız almacıq sümüklərinizə istifadə etdiyiniz ənliyin bir ton açığını çəkin. Ənliyi normaldan biraz çox çəkin.

Dodaqlar
Hər zaman istifadə etdiyiniz dodaq boyasından bir iki ton açıq rəng dodaq boyası çəkin. Çəhrayı, qırmızı, narıncı rəngdə olan dodaq boyaları gəlinlər üçün ideal bir rəng sayılır. Ən sonda isə dodaq qələmindən istifadə edərək dodaqlarınızı vurğulayın.

Dırnaqlar
Dırnaqlarınıza açıq rəngli dırnaq boyası çəkin. Üzərinə isə dırnaqlarınızı daha da parıltılı edən rəngsiz dırnaq boyası çəkin. Bu dırnaqlarınızı daha səliqəli və təbi göstərəcək.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 864
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri