Gözəl xanımlar üçün Makiyaj layfxakları - ÜZ MAKİYAJI

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 3 311
Səs ver:
(səs: 0)
1. Üzünüzə qulluğu mövsümə görə dəyişdirin. Qışda bayıra çıxmazdan əvvəl qidalandırıcı kremlərdən istifadə edin, yayda isə SPF tərkibli kremlərdən. Və hər mövsümdə nəmləndiricidən istifadə etməyi unutmayın.

2. Yayda kosmetikadan minimum şəkildə istifadə edin. Yüngül nəmləndirici tonal kremlərə və ya BB kremlərə üstünlük verin.

3. Kremi, maskanı və digər vasitələri üzünüzə masaj liniyaları boyunca tətbiq edin. İkiqat effekt olacaq həm masaj həm də qulluq.

4. Üznüzdəki sızanaqları sıxmayın: belə etdikdə onlar daha gözəçarpan olurlar. Həmçinin də sızanaqları sıxmaqla siz onlara mikrob ötürə bilərsiz, belə olduqda da sızanaqlarınız daha da çoxala bilər.

5. Bronzer, haylayter və ənlikdən istifadədə ehtiyatlı olun. Əks halda süni gəlinciyə bənzəyə bilərsiz.

6. Üzə tonal kremlə ton verəndə boğazınıza da ton verməyi unutmayın.

7. Bu qaydanı yadda saxlayın: İlk növbədə korrektor sonra tonal krem. Gizlədə bilmədiyiniz qüsurları isə konsiller vasitesiylə yox edə bilərsiz.

8. Göz altı qaralmaları yox etmək üçün isə, korrektoru göz altınıza üçbucaq şəklində tətbiq edin. Qaralmaları isə ən yaxşı sarı, çəhrayı və şaftalı rəngli korrektorlar yox edə bilir.

9. Əgər almacıq sümüklərinizi vizual olaraq qabartmaq istəyirsinizsə, o zaman onlara haylayter tətbiq edin, almacıq sümüklərinin altına isə ənlik vurun.

10. Saclarınıza qoyduğunuz rəng alnınıza və digər bölgələrə bulaşıbsa onları yox etmək üçün ən yaxşı vasitə, kosmetika silmək üçün istifadə etdiyiniz süd (malacko) və ya miselyar sudur.

11. Dərinizi qoruyun, makiyajınızı evə gəldikdən sonra silin, yatana qədər saxlamağınız məsləhət deyil.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 311
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri