Gözəl xanımlar üçün Makiyaj layfxakları - GÖZ MAKİYAJI

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 3 637
Səs ver:
(səs: 0)
1. Göz kölgəsi istifadə etməzdən əvvəl baza tətbiqi hətta keyfiyyətsiz kölgələrin belə daha gözəl oturmasına kömək edəcək.

2. Əgər aldığınız kirşanın rəngi sizə uyğun gəlmirsə, onu bronzer və ya göz kölgəsi kimi istifadə edə bilərsiz.

3. Göz kölgəsi yerinə göz qələmindən də istifadə edə bilərsiz: Bir neçə xətt çəkin göz üstünə, sonra onları fırça ilə yayın.

Gözəl xanımlar üçün Makiyaj layfxakları - GÖZ MAKİYAJI

4. Qaşlarınızı səliqəyə salmaq üçün xüsusi geliniz yoxdursa bunu saç üçün istifadə edilən gellə də edə bilərsiz. Qaş fırçasına bir az gel vurub qaşlarınızı darayıb səliqəyə salın.

5. Artıq bitmiş olan tuşların fırçalarını atmayın. Onları yuyun qaş fırçası kimi istifadə edin.

6. Adi göz qələmindən gel layner kimi istifadə edə bilərsiz. Sadəcə istifadədən əvvəl qələmi alışqanla isidin. Qələmin ucu əriyib boşalacaq, və göz üstündə gel layner kimi sürüşəcək. Ancaq əvvəlcədən bir az soyutmağı unutmayın.

7. Layneriniz bitibsə üzülməyin. Layner əvəzinə nazik fırça və tuşdan istifadə edin. Tuşun içinə nazik fırçanı batırın və gözlərinizə layner kimi tətbiq edin.

8. Gözünüzə layner çəkə bilmirsiz? Buynun üçün adı çay qaşığından istifadə edin. Çay qaşığını göz ətrafına yerləşdirin və ətrafına layneri tətbiq edin. Eyni zamanda göz ətrafına plastır yapışdırmaqla da ideal düz layner çəkə bilərsiz.



9. Gözünüzə çəkdiyiniz qələm ya layner əyri alındısa silməyə tələsməyin. Çəpəki nazik fırça və konsiller köməyi ilə düzəliş verə bilərsiz.

10. Qalıcı gel layneri miselyar suyla yanaşı zeytun yağı ilə də təmizləyə bilərsiz.

11. 1 qat tuş + toz kirşan + 2-ci qat tuş = dolğun və uzun kipriklər.

12. Əgər kipriklərinizə tuş tətbiq edərkən göz qapaqlarınız və ya göz altınız tuşla çirklənibsə qulaq çöpüylə silməyə tələsməyin. Gözləyin qurusun sonra qaş fırçası ilə asanlıqla təmizləyin.

13. Taxılma kipriklərə kleyi saç zakolkası (nevidimka) vasitəsiylə tətbiq edə bilərsiz. Daha səliqəli alınacaq.

14. Quruyan tuşu yenidən istifadə etmək istəyirsinizsə onu bir neçə dəqiqəliyə isti suda saxlayın. Ancaq yaddan çıxarmayın ki, bir tuşu uuzn müddət istifadə etmək olmaz. Əks halda gözlərinizə mikrob düşə bilər.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 637
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri