Dekorativ kosmetikadan istifadə qaydaları

Müəllif: Lalə B.
Şərhlər: 2
Baxılıb: 1 874
Səs ver:
(səs: 0)
Kosmetik vasitələrlə üzün bəzi qüsurlarını gizlətmək mümkündür. Lakin ondan lazımı qaydada istifadə edilməlidir. Bəzi qadınlar dekorativ kosmetikanın incəliklərini bilmədikləri üçün ondan heç istifadə etmir, bəziləri də dəblə ayaqlaşmağa tələsərək üzlərinə həddən artıq rəng çəkirlər.
Azərbaycanda, bəlkə də bütün Şərq ölkələrində qızlar toy gününə kimi kosmetikadan istifadə etməzdilər. Axı qızlar onsuz da gəncliyin onlara bəxş etdiyi sevincdən gözəl və təravətli görünürlər. Qadınlar isə əksinə, hər səhər heç olmasa yarım saat özləri ilə məşğul olmalıdırlar.

Hər bir qadın üz dərisinin təbii rəngini bilməli və ondan kənara çıxmamalıdır. Məsələn, qarabuğdayı qadınlar üzlərini kremlə ağardırlarsa da, boyun-boğazın, qolların dərisi qarabuğdayı qaldığı üçün daha pis görünürlər.
Üzə kosmetika çəkməyə qrim deyilir. Qrim 2 cür olur: gecə və gündüz qrimi. Gündüz qrimi bir qədər açıq, nəzəri cəlb etməyən, gecə qrimi isə bir qədər tünd olur və tez nəzərə çarpır (toya, nişana, ictimaiyerlərə gedərkən çəkilən qrim).
Çəkilən kosmetka üz dərisi, gözlərin və saçın rəngi ilə uyğunluq təşkil etməlidir. Beləcə daha gözəl və zövqlü görünər.Yayda daha çox tünd, çəhrayı rənglərə üstünlük verilir.

Gözəl gözlər sifətin yaraşıdır. Gözlərə gözəlliyi isə kipriklər və qaşlar verir, ona görə də kipriklərə çox fikir vermək lazımdır. Gözdə tez-tez itdirsəyi çıxdıqda o, kipriklərin tökülməsinə səbəb olur. Belə hallarda həkimin bütün göstərişlərinə dürüst əməl etmək lazımdır.
Kipriklər nazilmiş və seyrəlmişsə, onları tuş ilə rəngləmək olar, ancaq fikir vermək lazımdır ki, tuş keyfiyyətli olsun.Tuşdan əsasən gecə makiyajı zamanı (toy, nişan, ictimai yerlər) istifadə edilsə daha yaxşıdır. Çünki hər gün istifadəsi ziyanlı hesab olunur.

Dodaqlar üz quruluşuna ifadə verir, ona görə də dodağa pomada çəkərkən çox ehtiyatlı olmaq lazımdır. Belə ki, dodaqlara parlaq rənglər çəkmək olmaz, bunu ancaq gecə qrimi (makiyajı) zamanı eləmək olar. Pomadanın rəngi dirnaqların lakına və hətta paltarın rənginə uyğun olmalıdır.
Kosmetikanın bir inkaredilməz qaydası onun məxfi olması və üzdə nəzərə çarpmamasıdır.
Qadınlar ətirdən də kosmetika kimi ehtiyatla istifadə etməlidirlər. Ətri qulaqların ardına, buxaq dəliyinə, arxadan saçların altına, gicgahlara, qolun dirsək büküşünə vurmaq lazımdır. Yayda günəş şüaları dəyən yerlərə ətir vurmaq olmaz. Günəş şüaları altında ətir dəridə silinməyən ləkələr əmələ gətirir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 874
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri