Dırnaqların problemi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 328
Səs ver:
(səs: 3)

http://qadinla.com/uploads/posts/2012-08/1344978139_new-nail-design-2012.jpg

Dirnaqlar qış mövsümündə -  qırılır, soyulur, çatlayır. Əl dərisinin qurumağını, buna görə dırnaq ətrafında olan dərinin soyulmasını da nəzərə alsaq əllərin necə görkəm aldığı hər qadını dəhşətə gətirər. Lakin hər vəziyyətdən çıxış yolu var, təbii ki.

Qışda dırnaqların qırılmasına səbəb yalnız avitaminoz deyil. Çox vaxt bunun səbəbkarı özümüzük.


1.  Məişət kimyası

Çox zaman xanımlar ev işi görərkən əlcəkdən istifadə etmirlər. Təəccüblü deyil ki, məişət kimyası dırnaqları məhv etməklə yanaşı, bəzən dərini də soyur.  Bir çoxları düşünürlər ki, dırnağa qoruyucu vasitə sürtüb, əllərinə krem vursalar  problemləri aradan qaldıracaqlar. Lakin, artıq məişət kimyası ilə təmasda olarkən dəri və dırnaq kimyavi tərkibin dağıdıcı təsirinə məruz qalır və heç bir kosmetik vasitə onun qarşısını ala bilməz. Buna görə ev işləri gördüyünüz  zaman əlcək geyinməyi unutmayın.


2. Qenetika

Dırnaqları çox uzun saxlamaq məqsədilə siz onları keratindən məhrum edirsiniz. Keratin -nəsillikcə keçən zülaldır. Dırnağınızda keratin çatışmazlığı varsa dırnaqlarınız hər ehtiyatsız hərəkət zamanı qırılmağa məruz qalacaqdır.


3. Laklar

Tərkibində çoxlu formaldeqid və aseton olan laklar dırnağı qurudur. Dırnaq təmizləyən vasitələrin tərkibində aseton olmayanları seçməyə çalışın.


4. Avitaminoz

Qidanızın tərkibində A,B,C vitamini, kalsium və dəmir olmadıqda dırnaq qatınız hər zaman qırılaraq soyulacaqdır. Həkim məsləhətinə əsasən vitamin kompleksləri qəbul edin və qidanıza fikir verin.


5. Xəstəliklər

Qalxanvarı vəzin xəstəlikləri, hormonal dəyişikliklər orqanizmdə vitamin və mineral çatışmazlığına gətirir, bu isə dırnağın sağlamlığına təsir edir.


6. Hava

Qışda otaqların havasız olması dırnaqları qurudur, buna görə dırnaqların və əllərin daima nəmlənməsinə diqqət yetirin.


7.Ehtiyatlıolun.                                                                                                                                                                                             

Əgər siz süni dırnaq uzatma prosedurundan, dırnaq cilasından tez-tez istifadə edirsinizsə, bu dıqnaq qatının nazilməsinə gətirirb çıxarır. Məlumunuz olsun ki, həkimlə məsləhətləşmədən həddən artıq kalsiumun qəbul edilməsi də dırnaq qatının zədələnməsinə gətirib çıxarır.

(səs: 3)
Şərhlər: 2
Baxılıb: 5 328
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri