İsti havada makiyajı necə qalıcı saxlayaq

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 4 811
Səs ver:
(səs: 2)
Makiyaj edərkən tonal krem çəkmədən əvvəl nəmləndirici çəkilməsi tövsiyə edilər amma tonal kremin altına nəmləndirici çəkmək, tonal kremin axmasına səbəb olar. Bu problemə çarəsi tapıldı: Rəngləndirən nəmləndirici.
Yalnız rəngləndirən bir nəmləndirici ilətonal krem çəkməyə gərək qalmadan makiyaj bəzi həll edilə bilər. Üstəlik rəngli nəmləndiricilər bütün dərinin rəngini bərabərləşdirərək günəş vannası qəbul edərkən üzdə yaranan fərqli tonları da problem olmaqdan çıxarar. Sarışın və açıq rənglilər üçün light/medium, qumral və əsmərlər üçün medium/dark növ nəmləndirici kremlər istifadə edilə bilər.
Makiyajınız yüngül lakin dəbdəbəli olsun
Axmayan makiyaj üçün istifadə ediləcək ten isə kremsi quruluşda olmalıdır. Onsuz da bürüncləşmiş olan dəriyə, çox sıx rənglər istifadə etmək yerinə, parıltısı sıx tək bir rəng tətbiq etmək baxışları dərinləşdirəcək. Lama və ya dore rənglərdən paltara uyğun olanı istifadə etmək yerində olacaq.
Gözün altına və üstünə tətbiq olunan parıltılı tenlər kifayət qədər dəbdəbəli olacağı üçün, qələm və eyeliner istifadə edilməsi şərt deyil. Ancaq mütləq çərçivə istəyən bir gözə sahib olanlar üçün suya dayanıqlı eyeliner və ya göz qələmləri ən yaxşı nəticəni verəcək.
Yüngül bir parladıcı ilə Bürünc ənlik
Bürüncləşmiş olan dəriyə, ağır bir allık istifadə etməmək yerində olacaq. Yenə parıltılı bir bürünc ənlik istifadə edərək makiyaj da bütünlük təmin edilə bilər. Son olaraq isə dodaqlara yüngül bir parladıcı ilə makiyajınızı tamamlaya bilərsiniz.
 Tərcümə etdi:Aytən Mələk
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 4 811
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri