Yay makiyajının axmaması üçün ideal üsullar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 947
Səs ver:
(səs: 4)
İsti havalarda axmış gözlər və ləkəli üzlərdən sıxılmısınızsa, bu məsləhətlərə əməl edin. 

Makiyajın axmasının tək səbəbi isti hava və tər deyil. Eyni zamanda dərinin yağlı olması da makiayaja təsir edir. Yay aylarında dəri daha çox yağ istehsal edir. Buna görə də makiyaj etməzdən əvvəl dərini balanslaşdıran kremlər, üz təmizləyici və ya azaldıcı tonik çəkin. 
 
Yay aylarında tonal krem çəkməyin. Əgər istifadə etmək məcburiyyətindəsinizsə, sadəcə lazimi yerlərə çəkin. Bütün üzə çəkmək məcburiyyətində deyilsiniz. Tonal krem və korrektor çəkərkən qatı çox etməyin və nazik olmasına diqqət edin. Şəffaf ənliklərdən alın. Toz ənliklər üzə çəkildikdən sonra dağılmır və qalıcı olur.

Göz kölgələrindən istifadə etdiyiniz zaman əvvəlcə göz qapaqlarına pudra çəkin və üstünlüyü toz şəklində kölgələrə verin. Beləcə, gözünüzdən kölgə getməyəcək. 

Yayda suya davamlı tuş və göz qələmindən istifadə edin. Beləcə tərlədiyiniz zaman tuş və qələm gözlərinizdən axmayacaq. 

Pomada çəkməzdən əvvəl tonal kremdən azca dodaqlara çəkin. Üstündən isə dodaq boyasını çəkib dağıdın. Bu üsul, dodaq boyasının daha uzun müddət qalmasına kömək edəcək.
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 4 947
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri