Tonal kremin istifadəsi

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 13 596
Səs ver:
(səs: 4)
İstifadədən əvvəl..
Tonal krem əvvəli üzündə edəcəyin hazırlıq çox əhəmiyyətli. Bu hazırlıq hər dəri formasına görə dəyişər.  Məsələn, quru bir dərin varsa nəmləndirməlisən, beləcə dəri bütün tonal kremi əmməz və daha sağlam bir görünüş tutarsan. Lakin nəmləndiricini çox  çəkməməyə diqqət etməlisən! Çox nəmləndirici makiyajının bir saat sonra axmasına səbəb olar. Üzündə bütün vəsaitləri incə laylar olaraq istifadə etməlisən. Üzünü nəmləndirmə mərhələsini doğru etsən tonal krem üzündə həm daha gözəl görünər, həm də daha uzun müddət qalar.
Fırça
Tonal kreminin tətbiqi ən asan yollarından biri. Fırçaya nə qədər tonal krem aldığını hər vaxt yoxlaya bilərsən. Fırçalar çox fərqli boy və formalarda ola bilər. Mən ümumiyyətlə çox böyük olmayan fırçaları seçirəm. Xüsusilə kiçik bir üzün varsa sən də daha kiçik fırçalar istifadə etməlisən. Beləcə tonal kremi üzünə bərabər yayıldığına əmin ola bilərsən. Tonal kremi üzünə tətbiq etmək üçün istifadə etdiyin fırçanın yanında, tonal kremi paylamaq üçün istifadə edəcəyin təmiz bir fırçan da olmalı. Tətbiqə yüzünün ortasından başla. Ümumiyyətlə bu bölgə, fondötene ən çox ehtiyac olan bölgədir. Daha sonra təmiz bir fırçayla tonal kremi üzünün kənarlarına doğru payla.
Süngər
Süngərlərlə də əməliyyat eyni. Bu səfər süngərin bir tərəfiylə tonal kremi, üzünün mərkəzinə tətbiq edib; digər təmiz tərəfiylə kənarlara doğru paylamalısan.Tonal kremi alnına çəkərkən, qaşlarına bulaşa bilər. Belə bir vəziyyətdə yenə süngərin təmiz ucuyla ya da təmiz barmaqlarınla qaşlarını təmizləyə bilərsən.Hansı tonal kremi  istifadə etsən ən çox diqqət etməyin lazım olan şey tətbiqi incə laylar halında etməyin!

/Mənbə: Qadınlar.biz/
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 13 596
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri