Payızın ən dəbli 3 makiyaj stili

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 4 487
Səs ver:
(səs: 0)
Romantik Makiyaj

Qışda belə dünyanı tozpembe görmək istəyən qadınların seçimi romantik makiyaj. Bu romantik axında bənövşəyilər və çəhrayılar önə çıxır. Bu tip makiyajda dramatik çəhrayı kölgələr unudulmamalı. Kölgə fırçasıyla açıq çəhrayı və ya bənövşəyi tonlarını qarışdıraraq dəriyə uyğun xüsusi bir ton ilə cəlbedici baxışlar asanlıqla tutula bilər. Eyni kölgələmə əməliyyatını alt kirpik boyunca da tətbiq olunmalı. Baxışlarda tutulmaq istənən təsir kirpik üçün tuşla dəstəklənməli.

 

Üsyankar Makiyaj

Üsyankar qız makiyajı deyildiyində ağılınıza hər yanına qaralar çəkmiş, saçı başı dağınıq bir qız gəlməsin. Tam tərsi, bu il sadəliyin cazibəsi üsyankarlıq ilə birləşir. Makiyaja başlarkən əvvəl gözlərə bir astarla bağlayıcı tətbiq olunmalı. Üstünə dəri rənginə uyğun tonlarda bir kölgə sçəkilməli və kirpik üçün tuş ilə kirpiklər diqqətə çarpaşlaşdırılmalı. Dodaqlarınızı ön plana çıxarmaq üçün də dodaq kənarları qırmızı qələmlə çəkilməli və içi dramatik bir qırmızı pomadayla doldurulmalı. Bu qış dodaqlarda  zənci qırmızılar, tünd şərab və tünd qırmızı rəngləri moda. Yüngül ənliklə üsyankar makiyajınız tamamlaya bilərsiniz.

 


Klassik Makiyaj

Klassik tərzdən imtina etməyənlər bu qış da klassik makiyajla özünü gözəlləşdirməyə davam edəcək. Klassik makiyaj stilində dərinin duruşu çox əhəmiyyətlidir… Buna görə əvvəlcə dəri yaxşıca nəmləndirilməli. Dəriyə massaj edərək qan dövranı və nəm ilə işıqlanması təmin edilməli. Ardından dəri rənginizə ən uyğun tonal krem və fırça köməyiylə bağlayıcı tətbiq olunmalı. Tonla kremin ardından günəşin simvolu olan sarı tonları, göz qapağı üzərinə yedirərək tətbiq oluna bilər. Yaşıl, mavi, qızıl kimi tonlarla qaşa qədər olan sahəni bağlarkən, kölgə etməkdən qaçılmalıdır. Eyeliner gözün bitdiyi yerdə uyğun şəkildə bitirilməlidir. Alt kirpiklərdə, göz qapağında istifadə etdiyiniz tonları istifadə edə bilərsiniz. Bu xətt istifadə edilən tonlardan biri seçilərək dəstəklənilməli, göz makiyajı kirpik üçün tuş çəkilərək tamamlanmalıdır. Çox sıx olmayan yüngül tonlarda bir ənlik istifadə edilməlidir.

/Mənbə.Qadınlar.biz/

(səs: 0)
Şərhlər: 8
Baxılıb: 4 487
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri