Üzə kirşan vurmağın düzgün qaydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 911
Səs ver:
(səs: 1)
Necə düzgün kirşan seçmək və onun köməyi ilə ideal makiyaj etmək olar?

Səhvsiz variant şəffaf, yəni rəngsiz kirşan seçməkdədir. Onu istənilən hallarda istifadə etmək olar. Üzünüzə tonal krem vurmusunuzsa, kirşanın rəngi ona çox yaxın, uyğun olmalıdır. Üzə kirşan vurmamışdan öncə mütləq üzdəki yağı quru salfetnən silmək lazımdır. Üzdə kirşanın hamar durması üçün onu üzə vurmamışdan öncə fırça, və ya qubkaya azcana kirşan əlavə edib bir az sirkələmək lazımdır ki, artıq kirşan üzərindən çıxsın. Üzdə ən çox alın, burun və çənə hissələri kirşanla vurmaq lazımdır.

Problemli dəriyə necə kirşan vurmaq?

Həssas və problemli üzlər üçün məxsusi kirşanlar mövcuddur, onlarda üzü qıcıqlandırıcı maddələr olmur. Belə hallarda qubka, fırça əvəzinə bir dəfə istifadə edib ata bildiyiniz pampıq parçasından istifadə etməniz məsləhətdir.

Hansı kirşanlardan uzaq durmaq lazımdır?

Rəngli kirşanları sınaqdan keçirtmək məhətli deyil. Çəhrayı, yaşıl, açıq qızılgül rəngli və sarı tonlu kirşanlar peşəkar vizajistlər tərəfindən istifadə edilir. Onlardan istifadə edib xüsusi effekt əldə etmək üçün xüsusi bacarıq tələb edir. Qızılı və gümüşü parıltılı kirşanları üzdə alın tərəfə vurmaq olmaz. Onları yalnız gecə makiyajı kimi istifadə etmək olar və üzün yuxarısında sümük yerlərə, qollara, sinəyə vurmaq olar. Tünd rəngli (bronze) kirşanları gözətrafı zonalara vurmaq olmaz.

Tonal kremsiz mümkün deyil!


Müasir zamanda dəbə uyğun olan mükəmməl makiyaj tonal kremsiz mümkün deyil, ən əsası da payız-qış aylarında. Amma keyfiyyətli və yaxşı tonal krem tapmaq bəs etmir, bundan düzgün istifadə etmək də lazımdır. Vizajistlər söyləyirlər ki, ideal makiyajda üz təmamilə saf və təmiz görsənməlidir, hansı yaşda qadın olursa olsun. Bir sözlə, üzünüzdə ləkələr yoxdursa, problemlər yoxdursa, bu o demək deyil ki, tonal kremdən istifadə etməməlisiz.

Günəş qaraltısı

Əvvəllər mütəxəsislər söyləyirdilər ki, öz dərindən tünd rəngli kosmetikaya birdən keçmək olmaz. İndi bu elə də aktual deyil, çünki insanın dərisindən tünd amma çox da gözə çarpmayan kosmetikalar mövcuddur. Əgər siz üzünüzə tünd rəngli kirşan və makiyaj vurmaqdan çəkinirsizsə, tünd rəngli kirşanı alın, çənə, burun ucu və üzün yuxarı hissəsində olan sümük yerinə vura bilərsiz. Çünki, ilk olaraq üzdə o yerlər qızarır.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 911
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri