Pomada sürtərkən nələrə diqqət etməlisiniz?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 167
Səs ver:
(səs: 6)
     Dodaqlarınızın gözəl görünməsini istəyirsinizsə hər şeydən əvvəl qurumuş və çatlamış olmamalarını təmin etməlisiniz. Bunun üçün yanınızda daşıyacağınız bir çatlaq kremini lazım olduğunda sürtməniz kafi olacaq. Makiyaja başladığınızda dodaqlarınız çatlaq olmamalı çünki çatlaq dodaqlarda, pomada təbəqə kimi qalxar və çox pis görünər.

    Pomadanı sürtərkən dodaq qələmi ilə üstündən yüngülcə keçməlisiniz, sürtdükdən sonra dodaqlarınızı bir- birinə yapışdırıb bir az hərəkət etdirsəniz də olar. Pomadanın çoxunu da bir parça dəsmalla götürsəniz daha hamar görünərlər. Sürtdüyünüz pomadanın qalıcı olmasını istəyirsinizsə asan çıxmayan long-lasting pomadalardan istifadə edə bilər ya da dodaqlarınızın çatlama problemi yoxdursa pomadadan əvvəl bir az pudra sürtə bilərsiniz.Dodaq boyası Pomada Pomada sürtərkən nələrə diqqət etməlisiniz?

    Pomadanın rənginə gəlincə, modadan əvvəl özünüzə, etdiyiniz makiyaja və gedəcəyiniz yerə uyğun olmasına diqqət yetirin. Məsələn qəhvə rəngi tonlarında kölgə istifadə etmisinizsə qırmızı ya da çəhrayı deyil yenə qəhvə rəng tonlarında bir pomada istifadə edin. Gündüz, çox iddialı rənglərdən qaçın, dodaq rənginizdən bir az daha tünd ya da bir az daha açıq, təbii rəngləri seçin.

Dodaq qələmi istifadə edərkən nələrə diqqət etməlisiniz.

    Dodaqlarınız incədirsə qələmi dodağın bir az xaricindən çəkə bilərsiniz ancaq bunu şişirtməyin.
    Qələmin ucunun bir az küt olması daha yumşaq bir təsir yaradacaq.
    İti və tünd rəngdə qələm çəkilməsi dodaqların təbiiliyini pozacaq, gündəlik makiyajda bundan çəkinin.
    Dodaq qələminizi pomadanın üstündən də istifadə edə bilərsiniz, bu iki rəngin daha yaxşı qaynaşmasını və xəttin yumşalmasını təmin edər.
    Makiyaj mütəxəssisləri ümumiyyətlə pomadanın fırça ilə sürtülməsini tövsiyə edir amma bunu gündəlik makiyajınızda etməsəniz də olar.
(səs: 6)
Şərhlər: 7
Baxılıb: 4 167
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri