Sürmə və göz qələmini müqayisə etdik

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 242
Səs ver:
(səs: 2)
Sürmə, Avropalılar üçün egzotik və dəyişik bir makiyaj vəsaiti olsa da bizim üçün yad deyil. Uzun illərdən bəri həm gözəllik vəsaiti həm də gözləri mikroblardan qoruyan yüngül bir dərman olaraq istifadə edilən sürməni yaxından tanıyırıq.
Sürməni gözümüzə sürtməyə çalışarkən, yanağımıza bulaşdırmadan asanca tətbiq edə bilməsək də aramızda böyüklərindən gizli taktikalar götürmüş və sürmə çəkməkdə ustalaşmış olanlar da az deyil.
Sürmə və göz qələmi arasında necə bir fərqlilik olduğu, hansının daha yaxşı olduğu qadınların makiyajla əlaqədar çaşqınlıqda qaldığı mövzulardandır.
Bu çaşqınlığa bir son vermək üçün gözlərimizi diqqətə çarpanlaşdıran və baxışlarımıza məna qatan bu makiyaj vəsaitlərini müqayisə etməyə qərar verdik.

Sürmə və göz qələmi təbii ki eyni şey deyil. İstifadə etdiyimiz göz qələmləri ya kimyəvi ya da bitki mənşəli düsturlarla çıxarılan vəsaitlər və tək məqsədləri gözü çərçivələyərək daha estetik görünməsini təmin etmək.
Sürməyə isə, təbii vəsaitlərdən əldə edilən bitki mənşəli qara bir toz boya deyə bilərik. Sürmə ilk istifadə edildiyi zamanlarda yalnız bir makiyaj vəsaiti deyil, eyni zamanda gözləri günəşin sərt şüalarından və infeksiyalardan qoruyan bitki mənşəli bir dərman idi.

Kosmetik reyonlarında üzərlərində "Sürmə qələmi"(Kajaal liner) ya da "Qələm sürmə " yazan məhsullar, sürmənin köhnə tərifinin müasir versiyalarıdır.
Bu məhsullar göz qələmlərindən fərqli olaraq gözü narahat edəcək maddələr ehtiva etməz, sürmə qədər qara bir rəngə malikdir və göz qapağının iç qisimlərinə də tətbiq oluna bilər.
Bazarda istifadə məqsədi kozmetikanın qabağına kəçən gerçək bir sürmə tapmaq haradasa qeyri-mümkündür.

Daha sağlam bir seçim olmasına baxmayaraq sürməni tətbiqi çox asan deyil.
Əgər gözəl bir pişik göz makiyajı etmək ya da yalnız gözünüzün xəttlərini diqqətə çarpanlaşdırmaq istəyirsinizsə asan sürtülə bilən yumşaq bir göz qələmi sizin üçün daha rahat ola bilər.
Amma dumanlı, hisli və qara bir görünüş yaratmaq istəyirsinizsə, seçiminizi sürmədən yana istifadə edin.

Uzun saatlar günəşdə qalacağınızı bilirsinizsə ya da yorucu və yuxusuz gecələrdən sonra gözlərinizi istirahət etdirəcək bir şey axtarırsınızsa mütləq gözlərinizə sürmə çəkin.
Tələsiyiniz varsa ya da daha tez-bazar bir makiyaj stili sınamaq istədiyinizdə isə göz qələmi istifadə etmək işinizi asanlaşdıracaq.

Pakistanlı qadınların köhnə sağlamlıq və gözəllik təriflərindən birini sizlər üçün araşdırdıq. Bu tərif qarışıq görünsə də etməyə başladığınızda böyüdüləcək bir şey olmadığını görəcəksiniz.
Evdə tətbiq edəcəyiniz bu təriflə tamamilə təbii vəsaitlərdən ibarət olan gerçək bir sürməyə sahib olacaqsınız.
Öz sürmənizi evdə bu təriflə asanca edə bilərsiniz!

Sürmənizi hazırlamadan bir neçə gün əvvəl şüşə bir qabın içində bir qarışıq hazırlamanız lazımdır.
Şüşə qabın içərisinə 100ml gül suyu, 5 qram (1 çay qaşığı) zirinci qarışdırın. Bu qarışığı tamamilə bir-birinə qarışana qədər bir neçə gün gözlədin.
Bu qarışığı gözləri infeksiyadan təmizləmək üçün istifadə edə bilərsiniz. Gündə bir neçə damla gözünüzdəki yüngül allergiyalara və qızarıqlıqlara yaxşı təsir edəcək.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 5 242
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri