Makiyajla əlaqədar heç eşitmədiyiniz maraqlı məlumatlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 300
Səs ver:
(səs: 2)
Bir çoxumuzun "onlarsız yaşaya bilmərəm" dediyi makiyaj vəsaitləri haqqında nə bilirik? Makiyaj vəsaitlərini ilk kim gözəlləşmək üçün istifadə etdi? Bu kimi makiyajla əlaqədar əyləncəli amma gerçək məlumatlar bilmək  üçün yazımızı oxuyun.


 
Makiyaj vəsaitlərinin gözəllik məqsədiylə ilk istifadəsi bildiyimiz qədəriylə Qədim Misirə dayanır. Bu dövrdə qadınlar gözlərinə heyvan yağıyla edilən tenlər və qara sürmələr sürtürdü. Qırmızı torpaq boyasını isə dodaq boyası olaraq istifadə edib dodaqlarının gözəlliyini ortaya çıxaran qadınlar, o dövrdə dırnaq boyasıolmadığı üçün əllərinə xına vururdu.


 
Dırnaq boyasından bəhs etmişkən, ilk dırnaq boyasını kəşf edənlər isə Çinlilər olub. Hal-hazırda hər rəng, markalı, tez quruyan, çatlayan, mat, parlaq kimi bir çox növü olandırnq boyasını Çinlilər İ. Ö. 3000 tarixində bal mumu, rəngli tozlar, saqqız və yumurta ağı istifadə edərək hazırlayıblar.


 
Qədim Aztek və İnka sivilizasiyaları dodaqlarını və dırnaqlarını rəngləmək üçün qırmızı böcəklərdən əldə etdikləri bir növ boya istifadə etmişlər.


 
Qədim Romada qırışıqlıqlar, çillər və dəri ləkələri xəstəlik əlaməti olaraq qəbul edilirdi. Bu dövrdə Romalılar qırışıqlıqları aradan qaldırmaq üçün kuğu yağı və eşşək südü, çil müalicəsində isə ilbiz külü istifadə ediblər.


 
Qədim Romada "cosmatae" , yəni kosmetikçilər Romalı qadınların gözəllik və baxımlarından məsul qadın xidmətçilər idi. Cosmataelər bir çox kosmetik boyanı öz tüpürcəklərində istifadə edərək gözəllik vəsaitləri hazırlayırdılar.


 
1400-cü illərdə isə qadınlar ağ üstübeç adlı bir boyanı tonal krem şəklində istifadə edərək dərilərinin rəngini açırdılar. Üstübeç dərini tez özünə çəkdiyi üçün tez-tez təzələnilməsi lazım idi. Çox zərərli bir maddə olan üstübeç, sonda ölümə belə səbəb ola bilirdi.


 
Kraliça Elizabeth dövründə qadınlar, kiprik üçün tuş, qaş qələmi və eyeliner olaraq bir növ qətran istifadə ediblər. Qətran qadınların gözlərini gözəlləşdirərkən eyni zamanda ətrafa çox pis bir qoxu yayır və bu yanıcı xüsusiyyətdəki maddə korluğa səbəb ola bilirdi.


İtaliyada  qadınlar, güzelavrat otu (belladonna) adında bir bitki istifadə edərək göz bəbəklərini böyüdürdülər. Bu bitki uzun müddət istifadə edildiyində isə gözə zərər verərək korluğa səbəb olurdu.

(səs: 2)
Şərhlər: 9
Baxılıb: 3 300
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri