Taylor Swiftin retro makiyaj sirləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 782
Səs ver:
(səs: 1)
Gözəl müğənni Taylor Swift makiyaj sirlərini pərəstişkarlarıyla paylaşır! Siz də Swift kimi retro bir görünüşə və qırmızı dodaqlara sahib olmaq istəyirsinizsə tövsiyələrimizə qulaq asın...
 
 
Quyruqlu göz makiyajını müğənnilərdən, aktrisalara və hətta reality show ulduzlarına qədər ekranlarda gördüyümüz bütün qadınların bu sıralar favoritidir.... Seksual və retro imiciylə quyruqlu göz makiyajı, gündəlik sıravi bir paltarı belə tamamilə dəyişdirə biləcək bir cazibədarlıq yaradır.
Müğənni Taylor Swift gözlərinin gözəlliyinin fərqində olduğu qədər, quyruqlu göz makiyajının gücünün də fərqindədir. Swiftin istifadə etdiyi bu quyruqlu göz makiyajı artıq "Taylor Swift makiyajı" olaraq xatırlanır və milyonlarla pərəstişkarı tərəfindən təqlid edilir.


Taylor Swiftin göz makiyajı üçün
Makiyaja göz qapağınıza açıq rəng bir krem ten sürtərək başlayın. Daha sonra maye bir eyelinerı fırçayla kiprik xəttinizdən düz bir xətt olaraq çəkin və quyruq edin.
Bir neçə saniyə eyelinerin qurumasını gözləyin və alt kipriklərinizin dibinə də eyeliner tətbiq edin. Bunu edərkən alt göz qapağınızın yalnız künclərinə eyeliner sürtməniz kafidir. Kipriklərinizə bolluca tuş sürtün.
Bu makiyaj üçün asan dağılmayan, suya dayanıqlı jel eyeliner istifadə etsəniz daha yaxşı bir nəticə əldə edərsiniz. Eyelineri tətbiq etdiyiniz fırça da təbii ki, çox əhəmiyyətlidir.
Taylor Swift  bu makiyajıyla əlaqədar ən böyük pik nöqtəsinin eyeliner ilə etdiyi quyruq olduğunu deyir. Bunu edərkən alt göz qapağının uc qisimindən yuxarı doğru barmağını istifadə edərək bir xətt meydana gətirir və eyeliner fırçasını bu şəkildə hərəkət etdirdiyində ortaya bu mükəmməl quyruqlu makiyaj çıxır.

Qırmızı dodaqların təsiri
Taylor Swiftin qüsursuz retro imicində hər vaxt qırmızı dodaq boyası istifadə edir. Nəticə olaraq ortaya mükəmməl bir gündüz makiyajı ortaya çıxır, üstəlik bu sadə makiyaj kiçik toxunuşlarıa qəşəng bir gecə makiyajına çevrilə bilir!
Dəri rənginizə uyğun olaraq, qırmızının fərqli tonlarıyla özünüzü sınayın. Sürtdükdən sonra rəng dəyişdirən dodaq boyaları dəyişik bir seçim ola bilər. Hər vaxt seçkinizi klassik seçimlərdən istifadə edirsinizsə açıq , tünd qırmızı ya da tünd qırmızı tonlarında mat bir dodaq boyası istifadə edə bilərsiniz.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 782
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri