Zövqlu və səliqəli göz makiyajının sirrləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 5 632
Səs ver:
(səs: 3)
Gözlərinizə zövqlu və səliqəli göz makiyajı etmək üçün aşağıdakı üsullara diqqət yetirmək lazımdır.

Göz kölgəsini çəkmədən əvvəl  göz qapağınızı mütləq hazırlayın  — bir az tonal krem və üzərinə yüngül pudra çəkin.

Fırçanızı boya ilə çox yükləməyin, yüngülcə ton verərək başlayın və kölgələri getdikcə istəyə görə çoxaldın.  Sanki üzərinə çıxacağınız qatlardan əvvəl təməl atırmışsınız kimi.

İki, üç ya da dörd rəngli göz kölgələri sizi çaşdırır? Ən açıq rəng başlanğıc üçündür- bütün göz qapağına yayılar, orta tondakı iç yarısı üçün və ən tünd olan  gözün xarici yarısı kontur  xətti üçün daha  uyğundur.

Hələ də rəng kombinasiyaları haqqında şübhənizmi var? Tək və təbii bir rənglə bütün göz qapağınızı kölgələyə bilərsiniz.

Kölgənizin əsla gözünüzün iç ya da xarici künclərindən kənara çıxmasına icazə verməyin. Bu makiyajınızın həddindən artıq görünməsinə səbəb olar.

Tünd ya da uzun müddət davamlı, qalıcı bir rəng istəyirsinizsə, kremin üzərinə toz  kölgə sürtün.

Kölgəni sürtdükdən sonra  rəng çox olarsa, pambıqla yüngülcə silin ya da dərinizin rəngində bir rənglə tonunu açın.

Göz kölgəsi eyeliner  əvəzinə yaş ya da quru halda çox asan istifadə edilə bilər. Yalnız kirpikləriniz boyunca tətbiq etmək üçün uyğun bir fırça tapmanız  kafidir.

Gözlərinin iç künclərini açıq rəng, parıltılı bir qələmlə rəngləsəniz, daha parlaq görünüş əldə edərsiz.

Gözlərinizi tünd rəng qələm ya da kölgə ilə çərçivələmək  onları daha balaca göstərəcək.  Əgər gözləriniz  balacadırsa diqqətli olun.
(səs: 3)
Şərhlər: 12
Baxılıb: 5 632
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri