Saç rənginə görə makiyajda rənglərin seçimi

Müəllif: SEVGI DENIZIM
Şərhlər:
Baxılıb: 4792
Paylaş:
Səs ver:
(səs: 4)
Ən çox istifadə olunan kosmetik vasitələrin rəng çalarlarından daha rahat istifadə məqsədilə müxtəlif qadınlar üçün rəng dəstinin düzəldilməsini
nəzərdən keçirək. Təbii ki, bu tövsiyələr ancaq istiqamətverici xarakter daşıyır.

Gözləri göy, dərisi ağ olan sarışın xanımlar
Kirşan - azca çəhrayıya çalan açıq rəngli.
Dodaq boyası - çəhrayı.
Ənlik - çox açıq rəngli, çəhrayıya çalan.
Qaşlar üçün karandaş - boz.
Sürmə - mavi, boz, gümüşü.
Kipriklər üçün tuş - mavi ya da tünd-göy.

Dərisi və saçlari tunc rəngə çalan qonur ya da yaşıl gözlü xanımlar.
Kirşan - qızılı rəngə çalan, ya da açıq qəhvəyi.
Dodaq boyası - mərcana çalan.
Ənlik - dodaq boyasından bir qədər açıq rəngli.
Qaşlar üçün karandaş - qəhvəyi.
Sürmə - göz rənginə uyğun, yaşıl ya da qəhvəyi.
Kipriklər üçün tuş - qəhvəyi ya da qara.

Göygöz, dərisi ağ olan , qara saçlı xanımlar.
Kirşan - açıq çəhrayı.
Dodaq boyası - bənövşəyi-çəhrayı, ya da moruğu-qırmızı.
Ənlik - dodaq boyasından bir az açıq.
Qaşlar üçün karandaş - qara.
Sürmə - mavi, ya da boz.
Kipriklər üçün tuş - tünd-göy, ya da qara.

Qara gözlü, qarabuğdayı, qara saçlı xanımlar
Kirşan - qızılı-ərik, zeytun rəngli ya da bozumtul.
Dodaq boyası - qırmızı ya da albalı rəngdə.
Ənlik - sarıya çalan qırmızı.
Qaşlar üçün karandaş - qara.
Sürmə - göz rəngində ya da yaşıl.
Kipriklər üçün tuş - tünd göy ya da qara.

Göy ya da qonur gözləri olan, ağ dərili, qızılı kürən saçlı xanımlar.
Kirşan - açıq, dəri rəngində ya da sarıya çalan rəngdə.
Dodaq boyası - yerkökü rəngində ya da bənövşəyi-çəhrayı rəngdə.
Ənlik - dodaq boyasından bir az açıq
Qaşlar üçün karandaş - açıq qəhvəyi rəngdə.
Sürmə - mavi, boz, bənövşəyi rənglər.
Kipriklər üçün tuş - qəhvəyi.

Yaşıl ya da ala gözlü, qəhvəyiyə çalan kürən saçlı xanımlar.
Kirşan - dəri rəngdə.
Dodaq boyası - qırmızı, ya da yerkökü rəngdə.
Ənlik - dodaq boyasından bir qədər açıq.
Qaşlar üçün karandaş - qəhvəyi.
Sürmə - sürmə gözlərin rənginə uyğun.
Kipriklər üçün tuş - qəhvəyi.

Ağ dərili, qara saçlı xanımlar.
Kirşan - qızılı ya da şaftalı rəngdə.
Dodaq boyası - açıq qırmızı ya da kərpici qırmızı (qara gözlərdə), çəhrayı (açıq gözlərdə).
Ənlik - dodaq boyasından bir qədər açıq rəngdə.
Qaşlar üçün karandaş - qara.
Sürmə - gözlərin rənginə uyğun.
Kipriklər üçün tuş - qəhvəyi, qara ya da tünd qəhvəyi.

loading...
(səs: 4)
Şərhlər:
Baxılıb: 4792
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv