Qırışları gizlədən göz makiyajı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 323
Səs ver:
(səs: 1)
Gözlərinizin həmişə gənc və gözəl görünməsi üçün 6 tövsiyəmiz var. Bunlara əməl edərək göz ətrafındakı qırışları gizlədə və daha gənc görünə bilərsiniz.

Düzgün seçim
Göz ətrafında incə qırışlar varsa, parıltılı göz kölgələrindən istifadə etməyin.Çünki bu tip göz kölgələri həmin qırışların içərisinə dolaraq onları daha da ön plana çıxarır.
Krem formalı göz kölgələrindən ümumiyyətlə uzaq durun. Pudranı xatırladan, xəfif göz kölgələri sizin üçün daha uyğundur.

Makiyaj öncəsi kremdədən istifadə edin
Göz qapaqlarının bir anda daha gənc və qüsursuz görünməsi üçün göz üçün makiyaj əsaslı krem çəkin. Bu kosmetik vasitəni demək olar ki, bütün brendlər istehsal edir. Makiyaj əsası makiyajın daha uzun ömürlü olmasına və tonal krem kimi məhsulların üzdə bərabər şəkildə yayılmasına kömək edir.

Xətt çəkin
Gözünüzün üst hissəsindəki kirpiklərin diblərinə qələm çəkin. Bu kirpiklərin daha sıx və sağlam görünməsi üçün vacibdir.

Kölgə oyunları
Göz qapaqlarına açıq rəng göz kölgələri çəkin. Qəhvə rənginin isti çalarlarını isə gözün burunla birləşən hissəsinə, göz çuxuruna çəkin. Bu daha böyük görünməsinə səbəb olur. Həmçinin qüsurları gizlətməyə kömək edir.

Qaşları qalınlaşdırın

Daha gənc görünmək üçün makiyajın ən önəmli addımlarından biri seyrəkləşən və rəngi açılan qaşları qələmlə səliqəyə salmaqdır.

Bu məsləhətlərə əməl etsəniz, makiyajın sizi 5 yaş cavanlaşdırdığını müşahidə edəcəksiniz.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 3 323
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri