Nazik dodaqları dolğunlaşdırmaq üçün qayda

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 4 988
Səs ver:
(səs: 4)
Hər bir qadın arzuladığı kimi dolğun, iri dodaqlara sahib deyil. Buna görə kefini pozanlar da var. Ancaq üzülmək lazım deyil. Düzgün dodaq boyası seçimi sayəsində dolğun dodaqlara sahib olmaq mümkündür.

Bəzi mütəxəssislər dolğun dodaqlara sahib olmaq üçün tünd və cizgiləri qabardan dodaq boyalarından uzaq durmağı söylədiyi halda, digər mütəxəssislər tünd qırmızı tonlardan istifadə edilməsini məsləhət görürlər.

Nazik dodaqları olan qadınlar dodaq boyası alarkən onun rənginə uyğun dodaq karandaşı almalıdır. Dodaqlarınız qurudursa, ilk öncə bu quru təbəqəni diş fırçası və ya nəm dəsmalla çox təzyiq etmədən təmizləmək lazımdır. Daha sonra dodaqlarınıza tonal krem sürtün.

Dodaq boyası sürtərkən qadınlar əksər vaxtar dodaqlarını açıq saxlayırlar, ancaq dodaqlar bağlı olmalıdır. Öncə üst dodaqdakı "V" bölgəsindən başlayın. Layner ilə dodaq cizgilərinin üstündən gedin, həddi aşmamaq şərtiylə bir qədər kənara çıxmaq olar. Boyanın dodaqlarda eyni səviyyədə olması üçün dodaq fırçasıyla boyanı içəridən bayıra doğru hərəkət elətdirin.

Boyanı sürtdükdən sonra dodaqların boş qalan orta hissəsinə parıldadıcı sürtün. İncə dodaq sahibi olan qadınlar açıq çəhrayı, berj, krem rəngi, şaftalı, açıq bürünc, sədəf, işıqlı, yüngül rənglərdən istifadə etməklə dolğun dodaqlara sahib ola bilər.
(səs: 4)
Şərhlər: 13
Baxılıb: 4 988
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri