2014-ün payız makiyajı haqqında

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 3 560
Səs ver:
(səs: 1)
Yeni mövsümdə hamını, xüsusilə qadınları yeniliklər, mövsümün geyim, makiyaj, saç düzümü dəbi daha çox maraqlandırır. Cazibədarlıq təkcə saç və geyim dəbinə deyil, makiyaj dəbindən də təsirsiz ötüşməyir. Solğun dodaqlar, qüsursuz dəri və cəzbedici gözlər mövsümün əsas makiyaj trendidir. Son zamanlar makiyajın ayrılmaz hissəsi olan laynerlər payızda da olduqca aktual olacaq.

Metal rəngli makiyajlar 2014-ün, nəinki payızına hətta, qışına da damğa vuracaq. "Christian Dior” dəfiləsində metalik göz makiyajları ilə diqqət çəkməklə bunu sübut etmişdi. Olduqca cəsur seçimdir. Payız mövsümündə yad planetlilərə bənzəyən qadınları görməyə indidən hazır olun.

Kosmetik vasitələrindən minimum dərəcədə istifadə edərək təbii gözəlliyi üzə çıxarmaq 2014-cü ilin makiyaj dəbinə daxildir. Bu dəb təbii gözəlliyə üstünlük verən və əlvan makyajı sevməyənlərin ürəyincə olacaq. Göz cizgilərinə o qədər də qabartmağı sevməyən bir tonla özünü cazibədar göstərmək istəyən xanımlarımızın köməyiminə isə qırmızı pomada yardımçı olacaq.

Qırmızı rəng bu mövsüm böyük dönüş edəcək. Dizaynerlər və makiyaj ustaları qırmızı dodaq boyalarının payızda dəbdə olacağını xəbər verirlər. Bu ideya "Valentino”, "Burberry”, "Chanel” və digər məşhur brendlər tərəfindən təqdim edilib.
 
Bununla bərabər, həm də xanımlar üz cizgilərinə görə makiyaj etməlidirlər. Hər göz rənginə uyğun, hər göz quruluşuna uyğun göz kölgələri çəkilməlidir. Bunun üçün məsləhətlərimizi sizinlə bölüşürük.

1. Qəhvəyi rəngli gözlərə yaraşan ən gözəl makiyaj tonlarını bilirsinizmi? Həm iddialı, həm cəzbedici, həm də təbiigöstərən makiyaj ipuclarını sizlər üçün topladıq. Qəhvəyi gözlərə necə makiyaj edəcəyinizi bilmirsinizsə, buxəbərimizdəki məşhurlardan ilham ala bilər və necə tətbiq edəcəyinizi oxuya bilərsiniz.
 
2. Parıltıları sevirsinizsə, qızıl tonlarını sınayın! Bu makiyajı tətbiq edərkən qara göz qələmiylə gözlərinizin ətrafını daha da diqqətə çəkən göstərə bilərsiniz. Saçlarınızı isə dilədiyiniz kimi dağınıq olaraq yığa bilərsiniz.
 
3. Qalın qara qələm gözlərinizi olduğundan daha böyük göstərərək cəzbedici baxışlar əldə etmənizi təmin edə bilər. Lakin bu makiyajı sınayarkən dəri rənglərində bir göz kölgəsi istifadə etməyiniz sizi daha gözəl göstərəcək.
 
4. Saçlarınızı isə mütləq yığmalısınız. Göz layneri qəhvəyi gözün imtina edilməz makiyajlarında biridir. Bu makiyajı həm gecə, həm də gündüz rahatlıqlaistifadə edə bilərsiniz. Saçlarınızı isə həm açıq, həm də yığılı olaraq istifadə edə bilərsiniz. İki qat tuj istifadə etmək gözlərinizin gözəlliyini ortaya çıxaracaq. Bunun üçün dolğun və həcmli tujları təcrübə edə bilərsiniz. Bu makiyajda yanaqlarınıza bir az şaftalı tonlarında ənlik sürtün və saçlarınızı açıq buraxın. Çəhrayı və şaftalı tonlarındakı makiyajla möcüzəli görünməniz mümkün. Rəngli göz kölgənizin daha gözəl görünməsi üçün qara qələmlə gözlərinizi çərçivələyə bilərsiniz.
 
5. Təbii olan bu makiyajın qəhvəyi gözlərinizlə uyğunlaşma təmin etməsi üçün metalik və açıq rəngləri sınayın. Əvvəlyanaqlarınıza bürünc bir ənlik sürtün və eyni rəngin bir neçə ton tündünü göz qapaqlarınıza tətbiq edin. Yüngül bir tuş ilə möcüzəli görünə bilərsiniz. Saçlarınızı isə istər açıq, istəsəniz də yığılı istifadə edə bilərsiniz.
(səs: 1)
Şərhlər: 11
Baxılıb: 3 560
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri