Bir neçə mövsümdür ki, ən çox maraq göstərilən trend, ox kimi uzun quyruqlu eyeliner tətbiqi, 2015 qış mövsümündə də sizlərlə birlikdədir. Klassik eyeliner makiyajını, müasir bir stillə birləşdirən vizual görünüş yaratmaq, payız-qış mövsümünün ən sıx rast gəlinən makiyajı olacağa bənzəyir.
Eyeliner deyilincə, "pişik gözü" makiyajından bəhs etməmək olmaz. Baxışlarınıza feminen və sirrli bir hava qatan "pişik gözü" makiyajı, qarşımızdakı payız-qış mövsümünün əsas makiyaj trendidir.
Ağılda qalan, yaddaşları zəbt edən "pişik gözü" makiyajı üçün, Cristiano Siriano, Karen Walker, Roccobarocco, Simonetta Ravizza, və Jean Paul Gaultier nümayişlərində istifadə olunan makiyaj stillərinə göz gəzdirsəniz yetər.
2015 qış mövsümündə ən çox qarşılaşacağınız makiyaj trendlerindən biri də, yüngül dağınıq, amator və səliqəsiz görünüş olacaqdir.
Son dərəcə təsiredici və qəşəng görünüşləri olan rəngli makiyaj stillərinə, 2015 qış mövsümündə bənövşəyi makiyaj da qatılır.
Görkəmli makiyaj səhnəsinə addım atan bənövşəyi kölgələr, gözəllik və zərifliyi əks etdirir.
2015 qış mövsümünün makiyaj trendlerdə, metalik detallar da irəli çıxacaqdır. Rodarte, Donna Karan, Chanel metalik göz makiyajı tətbiq edən markalardandır. Altuzarra nümayişində isə, parlaq zərlərlə kombinlənən metalik detallar gözə dəyir.