Qalıcı makiyajın tətbiqi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 673
Səs ver:
(səs: 1)
Qalıcı makiyaj təbii mineral və piqmentlərdən ibarət olan boyanın steril, incə iynələr istifadəsilə dəriyə tətbiq olunması sənətidır. Tıbbi adı "İntradermal Mikropigmentasyondur". Bir növ döymə tətbiqidir, amma istifadə edilən cihazlar fərqlidir və iynələr çox daha incədir. Xüsusilə mürəkkəb deyil, piqment tətbiq edilir. Pigmentlər dəri altına tətbiq olunduğu üçün təbii və pastel bir görünüş əldə edilir.

 Qalıcı makiyajın xeyri nədir?
• Gözlərə, qaşlara, dodaqlara tətbiq olunan qalıcı makiyaj, təbii xəttləri şişirtməsiz şəkildə sərhədləndirir. İnsanın makiyajsız olduğu zamanlarda da gözəl görünməsini təmin edir.
• Gündəlik makiyaj üçün çox vaxt ayıra bilməyən, sıx tempdə işləyən qadınlar, idmançılar, sənətçilər üçün praktiklikdir. Gün ərzində hər an və hər şərtdə, makiyaj ixtisasartırma zəruriliyi olmadan baxımlı və makiyajlı görünməyi mümkün edər.
 
• Lazım olduğunda üzərinə klassik kosmetik makiyaj asanca və qısa zamanda tətbiq edilə bilər.
 
• İnsanın üz xəttlərində doğulduğundan bəri mövcud olan, ya da sonradan yaranan forma və rəng qüsurlarının örtülməsini təmin edər.

Əzələlərdə Qalıcı makiyaj tətbiqi
Qaşlar qalıcı makiyaj tətbiqinin ən çox edildiyi hissədir, çünki qaş insanın üz ifadəsinə ən çox təsir edən əzasıdır. Düşük və solğun görünüşlü qaşlar, adama özü belə olmasa da kədərli, bezgin hətta olduğundan yaşlı ifadə verər. Qaşların anadangəlmə, ya da sonradan seyrək olması, qəza ya da əməliyyat izləri üz gözəlliyini mənfi təsir edər. Qalıcı makiyajla bütün bu mənfiliklər aradan qaldirilir, üz canlı, dinamik və daha gənc bir ifadə qazanır.
Ümumiyyətlə qaradan çox, qəhvə rənginin daha uyğun tonlarının seçim edilməsi çox daha təbii nəticə əldə edilməsini təmin edər. Xüsusən şişirdilmiş və sonradan peşmanlığa səbəb olacaq dizaynlardan qaçınılmalı, hər vaxt təbiilik hədəflənməlidir.

Dodaqlarda Qalıcı makiyaj tətbiqi
Dodaqlarin ətrafına edilən çox incə bir kontur dodaqları daha dolğun göstərir, xəttlərini diqqətə çatdırar, ətrafındakı qırışları kamuflyaj edər. Təbii dodaq rəngindən tək yarım ton tünd rəng xətt çəkilməsi məsləhət görülür. Çox tünd qəhvəyi seçki edilsə sonradan rəngin maviyə çevrilmə riski vardır. Dodaqdakı rəng boşluqları və yara izləri qalıcı makiyajla kamuflyaj edilə bilər.
 
Göz qapaqlarında Qalıcı makiyaj tətbiqi
Qalıcı makiyajla göz qapaqlarına eye -liner xətti çəkilir. Bu tətbiq kirpikləri az və ya seyrək olanların təsiredici baxışlara sahib olmasını təmin edir. Üstəlik klassik eye-liner, ya da göz qələmi edilən makiyajdan daha pastel və təbii bir ifadə təmin edər.

Qalıcı makiyajın xəstəliklərdə tətbiqi
1. Vitiligo xəstəliyi səbəbiylə  şəbəkə sahələri uyğun rənkləndirmə ilə vizual olaraq gözə daha xoş görünən bir vəziyyətə gətirilir.
 
2. Alopecia (Regional Saçların tökülməsi) səbəbiylə ibarət olan nisbətsiz seyrək qaş, kirpik və s. görünüşün düzəldilməsini təmin edər.
 
3. Kiçik yara izləri tamama yaxın nisbətdə örtülə bilir.
 
4. Xərçəng səbəbi ilə sinəsi alınan xəstələrdə döş ucu (Areola) bölgəsi çəhrayı boyayla rənglənilərək təbiiyə yaxın görünüş yaradıla bilər.

Qalıcı makiyaj kimlərə tətbiq olunmur
• Diabet (şəkər) xəstələrinə
• Hepatit (Sarılıq) xəstələrinə
• HİV virusu daşıyan xəstələrə
• Hemofiliya (Qan laxtalanması pozuqluğu) xəstələrinə
• Roacutan həbi istifadə edən xəstələrə
• Hemoterapiya görən xəstələr
• Psixiatrik xəstəliyi olanlara
• 18 yaşından kiçiklərə
• Piqment allergiyası olanlara
• Keloid, melanoma, ziyil, göbələk, ekzama kimi dəri narahatlıqlar olanlara
• Ət xalların üzərinə
• Kapilyar damar çatlamaları üzərinə
• Konjonktivit (gözyaşı kanalının İltihabı) xəstəliyi olanlara
• Uçuq (Herpes virusu) olan şəxslərə
• Üzə estetik məqsədli tətbiq olunan plomb əməliyyatı sonrası
• Aybaşı dövrü əvvəlində və həmən sonrasında
• Hamilə və əmizdirən qadınlara
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 673
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri