Daha dolğun kirpiklər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 3 661
Səs ver:
(səs: 2)
Maskaradan istifadə edərkən xoş olmayan sürprizlərlə qarşılaşırıq. Onu çəkdikdən sonra kirpik üzərində yaranan yumrular, artıq çəkilmiş maskaranın yayılması və s. bu kimi hallar makiyajın pis görünməsinə səbəb olur. Bunun kimi problemlərlə qarşılaşmaq istəmirsinizsə bu yazmızı oxuyun.

Masqaranı çəkdikdən sonra kirpik üzərindəki topaqlanmalardan qurtulmaq istəyirsinizsə, nəm salfetlə masqara fırçasının üzərindəki topaqlanmaları təmizləyin və elə istifadə edin. O zaman bir problem yaşanmayacaq.

Qıvrıq kirpiklər gözlərinizin daha böyük və parlaq görünməsinə şərait yaradır. Kirpiklərinizin qıvrıq olmasını istəyirsinizsə, maskaranı tətbiq etməzdən öncə kirpik qıvırdandan istifadə edin.

Maskaranızı çəkəndə tək bir istiqamətdə hərəkət etməkdən vaz keçin. Mascara fırçasını kirpik diblərinizdən başlayaraq uclarına qədər sağa və sola hərəkət etdirərək çəkin. Həmçinin sadəcə iç tərəfinə deyil, çöl tərəfinə də mascara tətbiq etməlisiniz.

Kirpiklərinizin daha dolğun olmasını istəyirsinizsə, maskaradan öncə kirpiklərinizə pudra tətbiq eidn və ardınca maslara çəkin.
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 3 661
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri