Makiyaj sirləri: gecə makiyajı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 6 845
Səs ver:
(səs: 3)
Gecə qara və tünd rənglərdən istifadə etməlisiniz. Bu həm baxışlarınıza dərin məna qatacaq, həm də üz xətlərinizi daha da bəlirgin edəcək.

Tünd rənglərin tonlarından istifadə edərək göz makiyajı edə bilərsiniz. Daha açıq tonu alt rəng, tünd rəngləri isə kölgə kimi tətbiq edə bilərsiniz.

Göz qələmi və ya layner tünd göz makiyajında çox də bəlli olmur, amma gözə biçim verir.

Parıltılı rənglərdən istifadə etsəniz gecəyə daha çox yaraşarsınız.

Gecə makiyajında düzgün işıqlandırma etməlisiniz. Bu isə göz uclarınıza və qaş altınıza tətbiq edəcəyiniz ağ göz qələmi ilə mümkündür.yeni il makiyaj

Alt göz qapağınızın kirpik diblərinə qara rəngli kölgə tətbiq edə bilərsiniz. Bu, dərin və buludlu baxışlara sahib olmanızda kömək edəcək.

Gözləriniz böyük görünsün deyə, gözünüzün içinə qara göz qələmi tətbiq etməyin.

Qaşınızın altında olan sümüklü hissəyə tünd rəng tətbiq etməyi unutmayın.

Göz qapağınızın üstünə açıq və parlaq rənglər çəkin. Rənglər arasında keçidlərin yumşaq olması üçün əvvəl açıq rəngi tətbiq edin sonra tünd rənglə kölgələndirin. Keçid hissəni yumuşaq toxunuşlarla bir-birinə qarışdırın.

Gecə makiyajında taxma kirpiklərdən istifadə etməniz gözlərinizi daha böyük və canlı göstərəcək. Kirpikləri taxdıqdan sonra maskaranı tətbiq edin və kirpik diblərinə layner çəkin.

Budur, gecəyə gözəllik qatmağa hazırsınız!
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 6 845
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri