Almacıq sümüklərinizi makiyajla ortaya çıxarın

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 4 668
Səs ver:
(səs: 6)
Makiyaj ustalarına görə çıxıq almacıq sümükləri seksual və göz alıcı bir görünüşün açarıdır. Yanaqlarınızda konturlardan istifadə etməklə, üz şəklinizi daha oval göstərə bilərsiniz. Təbii üz quruluşunuz sümüklü olmasa da, bu texnika ilə daha zəif və sümüklü bir üz görünüşü yarada bilərsiniz.

Almacıq sümüklərinizi tapın
Hər qadının almacıq sümükləri diqqətə çarpan deyil. Amma hər qadının almacıq sümüyü vardır. Konturlama əməliyyatına başlamazdan əvvəl, almacıq sümüklərinizin yerini doğru şəkildə tapmalısınız. Bunu etmək üçün dodaqlarınızı balıq kimi buzun. Beləcə yanaqlarınız içəri çökər və sümükləriniz ortaya çıxar. Sümüyünüzü yerini tapdıqdan sonra, işarə barmağınızı, sümüyünüzə paralel şəkildə tutun. Buna görə ənliyinizi vurarkən, keçməməyiniz lazım olan sərhədi asanca görə bilərsiniz.
 
Tünd rənglərdən istifadə edin
Klassik ənliyinizi bir ton tündü ilə ya da dəri tonunuzdan yüngül tünd bir pudrayla almacıq sümüyünüzü qızılı rəngdə edin. Bunu etmək üçün, tonal krem və ya pudra, saç xəttinizi almacıq sümüyünüzü altına qədər bir xətt halında tətbiq edin. Daha sonra təmiz bir fırça ya da süngər istifadə edərək, bu xətti dağıdın.
 
Yanaqların almacıq qismi
Almacıq sümüyünüzü üst qisimi, yanaqlarınızın almacıq hissəsidir. Bu hissəyə, alt hissədə istifadə etmək daha açıq ton bir ənlik tətbiq edin. Krem kimi ənliklər daha təbii görünüşlər yaradacaq. Seçdiyiniz ənlik tonuyla, yanağınızın almacıq qisimlərinə bir az rəng qatın.
(səs: 6)
Şərhlər: 13
Baxılıb: 4 668
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri