Düzgün tuş seçimi necə olmalıdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 729
Səs ver:
(səs: 5)
Kişilərin heç ağlına belə gəlmir ki, bizim gözəlliyimiz gündəlik nə qədər əmək, diqqət və qayğı tələb edir. Qarderobun əvəz edilməz predmetlərini əldə etmək üçün bizə bir neçə həftə sərf etmək lazım olur. Kosmetikaya gəlincə isə onun seçiminə heç də az vaxt sərf etmirik. Axı kosmetika – bir növ bizim sevimli üzümüz üçün qarderobdur, hansı ki, geyimin predmetləri kimi keyfiyyətlə fərqlənməlidir.

Üzün ən ifadəli hissəsi –gözlərdir və onları daha çox diqqətlə, "geyindirmək” lazımdır ki, yalnız kirpiklərin sayəsində kişilərin ürəyini ala bilsin. Yaxşı bəs düzgün tuşu necə seçmək lazımdır?

Tuş kirpikləri yalnız bəzəməli deyil, o həm də nəmləndirici və gücləndirici xüsusiyyətlərə malik olmalıdır. Müasir tuş, kirpikləri qidalandırır və bərkidir, onların artmasına imkan yaradır. Tuşlarda olan bəzi vitaminlər onlara əvəz edilməz parıltı və elastiklik verir. Kosmetika istehsalçıları gözlərin həssaslığını və ya kirpiklərin xüsusiyyətlərini nəzərə alaraq kosmetika çantasının bu dəyişməz atributunun, böyük seçimini təklif edir.

İncə və qısa kirpiklər üçün, fırçada nadir tüklə olan xüsusi tuş təklif edilir. O kirpiklərin uzunluğunu əla dartır və həcm verir. Bu cür tuşlar uzunluğu dəfələrə artırmaq bacarığına malikdirlər.

Qibtə oyadan uzun kirpiklər kosmetikaya ehtiyac duymur. Onların təbii gözəlliyini vurğulamaq kifayyətdir. Bu tip kirpiklərə şəffaf gel daha uyğun gələcək, hansı ki, kirpiklərə təbii parıltıyla parıldamağa və onlara təkrar edilməz əyilmiş formanı verməyə imkan verir.

Bir çox qızlar, kirpiklərin uzunluğundan razı qalaraq, onlara qalınlıq verməyi arzu edirlər. Bu halda tuşda (tübikdə) Volume yazısını axtarmaq lazımdır. Seyrək tüklər üçün, spiral şotkasıyla həcmli tuş mükəmməl variant olacaq. Bu cür tuş uzun kirpikləri azca burmağa imkan verəcək.

Həcmli tuşda olan mum, öz strukturunun sayəsində hər tərəfdən kirpikləri bürüyür və ən xırda silikon hissəcikləri belə bütün uzunluğuna görə örtür.

İstənilən tuşun tərkibinə daxil olan əsas komponentlərdən başqa, Volume tuşunun tərkibinə mikroqranlar daxildir, hansılar ki, kirpikləri yapışdırır, amma bu halda ağırlaşdırmır. Qidalı komponentlərə lanolin, melanin və keratin aiddir. Tuşa xüsusi xüsusiyyəti gənəgərçək yağını verir, hansı ki, tez sınmadan (kövrəklikdən) və tökülmədən kirpikləri müdafiə edir, həmçinin artmanı stimullaşdırır.

Tuşun istifadə müddəti ən vacib şərtlərdən biridir. İstehsalçılar cəmi dörd ay qabaqcadan son istifadə tarixi haqqında xəbərdar edir, deməli buna ciddi səbəb var. Tuşda, bakteriyalarının artımı üçün dörd aydan sonra əlverişli mühit yaranır. Bu müddət ərzində tuş xüsusiyyətcə strukturunu və qoxusunu dəyişdirir. Belə tuşdan dərhal qurtulmaq lazımdır, hansısa bahalı markaya aid olmasından asılı olmayaraq.

Qoxuya gəlincə, yüksək keyfiyyətli tuş heç bir qoxu verməməlidir. Strukturca krem monoton xatırladan olmalıdır. Tuşun az bir miqdarını ələ vurub yoxlamaq olar.

Tuş həmçinin saç rənginə uyğun olmalıdır: qəhvəyi tuş- sarışın xanımların, qara tuş- qara saçlı xanımların seçimi olmalıdır. Rəngli tonlar, həmçinin parlaq tuş, xüsusi əyləncə gecəsi üçün daha məqsədə uyğundur, gündəlik həyatda istifadə etməsəniz daha yaxşı olar.
Son olaraq , tuş seçiminə dair: heç vaxt vitrindən tuş almayın. Yadda saxlayın, onu sizə qədər dəfələrlə açıblar. Yalnız möhürlənmiş (bağlanmış) tuş üçün pul ödəmək lazımdır!
(səs: 5)
Şərhlər: 10
Baxılıb: 3 729
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri