Sürətli və gözəl makyajın sirri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 871
Səs ver:
(səs: 6)
Çox rəngli tenlər
Çox rəngli tenlər, çox funksiyalı makiyaj vəsaitləri siyahımızın başında gəlir. Göz makiyajınızda beş fərqli rəngdə ten istifadə edəcəyinizə çox rəngli tenləri istifadə etməyi yoxlayın. Bu məhsuldakı fərqli rəngli tenlər təbii bir şəkilidə qarışdığından göz qapağınıza tətbiq etdiyinizdə eyni laylı görünüşü əldə edəcəksiniz.

Nəmləndiricili dodaq parladıcıları
Quru dodaqlara dodaq boyası çəkmək zəhmətlidir. Əvvəlcə bir dodaq kremiylə dodaqlarınızı nəmləndirməniz lazımdır. Dodaq parladıcılarını istifadə etsəniz tək əməliyyatda həm dodaqlarınızı nəmləndirmiş, həm də dodaq boyanızı çəkmiş olarsınız.

Parladıcı ənlik
Bu ənliklər həyatınızı qurtaracaq! İki fırça toxunuşu ilə ifadənizdə yaratdığı o möhtəşəm təsiri görməlisiniz. Bu ənliklərlə son dərəcə təbii və canlı bir dəri parlaqlığına qovuşacaqsınız. İstəsəniz çox yüngül miqdarda bütün üzünüzə istəsəniz də yalnız almacıq sümüklərinizə tətbiq edin. Nəticə möhtəşəmdir.

Hind qozu yağı
Bu çox funksiyalı gözəllik məhsulu edə bildiyi şeylərlə sizi çaşdıracaq! Hind qozu yağını artıq yalnız mətbəxlərdə deyil, makiyaj təmizləyici, bədən nəmləndiricisi, gecə göz kremi və saç nəmləndiricisi olaraq da istifadə edirik. Etməniz lazım olan yalnız hamam otağınızda böyük bir qab hind qozu i yağı saxlamaqdır. Və yağ alarkən mütləq orqanik olmasına diqqət edin.

Körpə şampunu
Körpə şampunu gözünüzdən çıxmayan inadçı tuşları çıxarmaq üçün mükəmməl bir məhsuldur. Normal üz yuma gellərinden fərqli olaraq üzünüzü körpə şampunuyla yuduğunuz zaman gözləriniz yanmayacaq və qızarmayacaq. Ayrıca körpə şampunu saç dərisi həssas insanlar üçün mükəmməl bir şampundur. Körpə şampununun bir başqa xüsusiyyəti də makiyaj süngərlərinizi və fırçalarınızı birazca su və körpə şampununda bir müddət gözlətsəniz mükəmməl bir qoxuya və təmizliyə sahib olacaqsınız.
(səs: 6)
Şərhlər: 9
Baxılıb: 4 871
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri