Mat pomada istifadə edərkən diqqət edilməli məqamlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 5 061
Səs ver:
(səs: 5)
Mat pomadalar istifadə etmək bir az çətin ola bilər. Bunun üçün bəzi incəlikləri bilmək lazımdır.

Mat pomadalar ən kiçik çatlağı belə müəyyən edər, pis görüntü yarada bilər. Dərinizə necə baxım edirsinizsə, dodaqlarınıza da eyni diqqəti göstərməlisiniz.

Dodaqlarınıza pilinq edin:
Pomada çəkmədən əvvəl dodaqlarınıza mütləq pilinq edin. Üz pilinqi üçün istifadə etdiyiniz məhsulu istifadə edə bilərsiniz. Ya da dodaqlarınızı diş fırçası ilə fırçalaya bilərsiniz. Fırçalamaq çox təsirli nəticə verər, həm də anında! Bu əməliyyatlardan sonra dodaq nəmləndiricisi çəkib pomadanı tətbiq edin.

Gecə yatmadan əvvəl vazelin ilə dodaqlarınızı nəmləndirsəniz, səhər qüsursuz dodaqlarla oyanarsınız.

Mat pomadalar nə etsəniz edin, dodaqları qurudur. Ona görə gün ərzində pomadanı yeniləmədən əvvəl nəmləndirici çəkin. Pomadanı qat-qat nəmləndirici olmadan tətbiq etməyin. Yoxsa siz fərqində olmadan dodaqlarınız sizi qorxudacaq vəziyyətə gələ bilər!
(səs: 5)
Şərhlər: 8
Baxılıb: 5 061
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri