Dodaqları boyayarkən edilən 5 səhv

Müəllif: Qlamurr
Şərhlər: 9
Baxılıb: 1732
Paylaş:
Səs ver:
(səs: 3)
Parlaq dodaq boyası - ən yaxşı yaz aksessuarıdır. Vacib olan onu düzgün tətbiq etməkdi.

Müasir dodaq boyalarının əksəriyyəti nəmləndirici tərkibli olsa da, dodaqlar üçün xüsusi balzamlar da mövcuddur. Dodaq boyasından əvvəl dodaqları nəmləndirməyin heç bir ziyanı yoxdur. Dodaq boyası vurmadan əvvəl balzam çəkin, 2 dəqiqə gözləyin, sonra dodaqları salfetlə silib makiyaja davam edə bilərsiz.

İkinci yanlış pilinq etinasızlığıdır. Heç bir dodaq boyası pilinqlə qeyri-kafi soyulmuş dodaqlarda, xüsusən də mat, tutqun olan dodaqlarda yaxşı qalmır. Dodaq pilinqlərini hazır almısızsa, hər gecə yatmadan əvvəl diş fırçası, dəsmal, ya da süngərlə dodaqlarınıza tətbiq edin. Əgər evdə pilinq hazırlamaq istəyirsizsə, xarlamış baldan  istifadə edin. Sonra balzam, ya da maska vurun.

Üçüncü səhv düzgün rəngdə seçilməyən dodaq qələmidir. Rəngsiz, ya da nude qələmləri dodaqları vizual dolğun göstərmək üçün istifadə edə bilərsiz, ya da dodaq boyası ilə eyni tonda dodaq qələmi seçin. Seçim edə bilmirsizsə, boya və qələmi eyni markadan alın. Dodaq qələmi alarkən dodaq boyasını da özünüzlə götürün.

Dördüncü yanlış dodaq boyasını bazasız vurmaqdır. Çoxumuz dodaq boyasını çılpaq dodaqlara vururuq. Bu da dişlərə dodaq boyasının batması, boya qalıntılarının dodaqlara yapışıb qalması kimi xoşagəlməz hallara səbəb olur. Bu hallarla qarşılaşmamaq üçün üz üçün olan "BB” kremi, nəm pudra, ya da elə dodaq boyasının özünü ilk əvvəl dodaqlara çəkib salfetlə üstündən basın, sonra yenə vurub salfeti bir neçə dəfə öpün. Sonda dodaq boyasını sürtə bilərsiz.

Ən son səhv dodaq boyasının düzgün vurulmamasıdır. Dodaq boyasını istər əllə, istər fırçayla vurarkən həmişə mərkəzdən, geniş olan hissəsindən başlayıb sonra kənarlara doğru gedin.

loading...
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 1732
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Nergız33
Dodaq boyasında cox istifade etmirem
16 may 2015 02:32
9
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Offline
emis
dodaq boyasinin altindan nemlendirici vurmaq lazim oldugunu bilmirdim,ama ki mene lazim deyil nemlendirici cun ki,derim nemlidi mende quru olmasini isteyirem,en sevmediyim pamada blesklerdi cox sit gorunur,men daha mat pamadalara ustunluk verirem,dodaq qelemindede hec xosum gelmir,duzu qadinlara yarasanida yarasmayinda ama yarasnda yarasmayanda hami istifade edir mecburlarmis kimi.
15 may 2015 22:35
8
Offline
Tomris Müslümova
ister pomada vurum istersede sadece qelem mutleq nemlendirici cekirem dodagima en esas verilen yalnisliq duzgun reng secmemekdir...binada diqqet etmek lazimdir
15 may 2015 21:09
7

Sən sadəcə mənimsən...!
Offline
xeyalperest
dodaq qelemi mene hec catmir cox guman catmiyceyda.Dodaq boyasi sadece nemlendirici istifade edirem
15 may 2015 20:42
6
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Offline
Sevgi Meleyi
Dodaq boyasinnan çox az istifade edirem..retki halallarda.çoz vurmağa tezdi. 08
15 may 2015 20:25
5
love love love
Offline
Catwoman666
Dodaq boyasindan istifade etmirem. Cunki hele makiaj ucun tezdir)
15 may 2015 20:14
4
Viking
Offline
Fialka
Dodaq boyasından gündəlik istifadə etmirəm, edəndə də mat boyalara üstünlük verirəm, parıldadıcılar həcmli göstərir deyə sevmirəm və bu kimi xırdalıqlar haqqında da məlumatım var, təşəkkür.
15 may 2015 19:45
3
Offline
vipbetul
dodaq renginde bleskden isdifade edirem etdikde
15 may 2015 19:40
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Men dodaq boyasinin altinnan ya nemlendirici ya da tonal krem vururam. Bu zaman dodaq boyasi hem uzun muddet qalir hem de dislere batmir.
15 may 2015 19:32
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook