Mövsüm dəbdə olan pomada rəngləri

Müəllif: Fialka
Şərhlər: 23
Baxılıb: 4848
Paylaş:
Səs ver:
(səs: 6)
Makiyaj etdikdə mövsümün dəb tendensiyalarına uyğun olmasına fikir vermək lazımdır. Yeni mövsüm özü ilə birlikdə bir çox maraqlı ideyalar  və orijinal rənglər gətirib. Onların sayəsində hər bir qadın cəlbedici və təkrarolunmaz  görünəcək.

Qırmızı dodaqlar
Qırmızı pomada ilə boyanmış parlaq dodaqlar yeni mövsümün ən isti tendensiyası olacaq. Qırmızı dodaq boyası heç vaxt dəbdən kənarda qalmır. Qırmızının nə qədər rəqibi olsa da, bu rənglərin heç biri onu devirə bilmirlər. Qırmızı dodaq boyası ilə onun yalnız müxtəlif çalarları layiqli şəkildə rəqabət apara bilər.

Ötən əsrin 40-ci illərində qadınlar qırmızı dodaq boyasından istifadə etdiyi üçün qınaq obyekti olsalar da, bu gün o, öz hakimiyyətini əldən vermək istəmir. Lakin xüsusi vurğulamaq lazımdır ki, qırmızı isti yay aylarında gündəlik istifadə üçün məsləhət deyil. Parlaq qırmızı dodaqlar çox sadə göz makiyajı ilə birləşdirməlidir. Özü də sadə göz makiyajı ilə parlaq dodaqların vəhdəti istənilən yaşda olan gözəl qadına yaraşır.

Açıq çəhrayı
Bu yaz və yay aylarında kosmetika şirkətləri ən cəsarətli və parlaq dodaq boyaları ilə yanaşı, daha təbii və solğun rənglər təklif edirlər.

Vizajistlər yaz və yay aylarında gündəlik makiyajda klassik çəhrayı tonlarından istifadə etməyi məsləhət görürlər. Xüsusən də solğun-çəhrayı boyalar rəngli geyimləri ideal şəkildə tamamlayırlar.

Yazın pomada dəbində siyahıda liderliyi solğun çəhrayı tutur. Əgər solğun çəhrayı dodaq boyasının pərəstişkarı deyilsinizsə, siz parlaq çəhrayı, pastel çalarları seçmək şansınız var.

Solğun çəhrayı dodaq boyası çəkmisinizsə, bu zaman gözlər mümkün qədər cəlbedici olmalıdır. Çəhrayı və bej pomada ilə dumanlı göz makiyajı çox yaxşı uzlaşır. Bu makiyajın son nöqtəsi çəhrayı ənlik olmalıdır.

Mat (tutqun) dodaq boyaları
Yeni mövsümdə təbii görüntünü dəyişməyən pomadalar da çox aktualdır. Tutqun və parıltısız dodaq boyaları dərinin təbii rəngi ilə əla uzlaşır, amma açıq çəhrayı dodaq boyası qaralmış dərili modapərəstlər üçündür.  Dodaqların təbii rənginə karamel və ya südlü şokoladlı pomadalar sayəsində nail olmaq mümkündür. Dodaqların təbii rənginə yaxın pomadalar hər bir qadın üçün həm gündəlik həyatda, həm də axşam dəvətləri üçün gözəl seçimdir.

Təbii çalarlı dodaq boyasının istifadəsi zamanı üzün həddindən artıq solğunluğuna yol vermək olmaz. Mat dodaq boyası dəri rəngindən bir ton tünd olanda daha effektli görünür.

Xatırladaq ki, bu mövsüm mərcan dodaq boyaları da istisna deyil. Mərcan rəngi xanımların dodaqlarına zəriflik və incəlik bəxş edəcək.

loading...
(səs: 6)
Şərhlər: 23
Baxılıb: 4848
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
14MsM
Dodaqlarim dolgundur ehtiyyac yoxdur inandirim siziki dodaqin gelle wiwirdenlerin dodaqlarinnan men qadinliqimda iyrenirem fuu
23 aprel 2016 23:26
23
Offline
eıiyeva gülmaye
Men bleskden istifade edirem. Qirmizida qeseydi heleki istifade etmemisem. Etsem eger toya gedende ola biler yadaki xususi bir yere gedende
12 iyul 2015 20:32
22
Offline
Catwoman666
bu il ne debde olursa olsun ferq yoxdu! esas odur ki deri renginize ve geyiminize uygun rengde olan pomadalardan istifade edin
12 iyul 2015 03:02
21
Viking
Offline
yaz_yamuru
Men renginden asili olmayaraq mat dodaq boyalarini sevirem ))) ama yasim az oldugu ucun istifade ede bilmirem twk
11 iyul 2015 16:11
20
Offline
Dosta_inam
Açıq çehrayı reng vururam,fon şekilde olan rengde bir defe qardaşım alıb getirmişdi mene guya hediyye alıb,nece aldısa elecede qaldı,teşekkür.
11 iyul 2015 06:45
19
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
gulka azeri
mercan reng rozivi reng ve deri rengi pomadalar yarawdigi ucun isdifade edirem.qirmizi rengi ise hec sevmirem
11 iyul 2015 02:20
18
Offline
FISTIK
Qirmizi birde rozivinin butun tonlarini istifade edirem.
11 iyul 2015 01:38
17
Offline
WiRiN BaLaM
açıq renglere üstünlük verirem
11 iyul 2015 01:11
16
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Offline
vipbetul
pamada deyılde blesk xosluyuram
11 iyul 2015 01:06
15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
yasemin
Mən dodaq rəngi olan mat pomadalardan istifadə edirəm..
11 iyul 2015 00:57
14
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
Offline
ell.nell
Qırmızı rengi yerine ve geyime gore istifade edirem.en cox cehrayı və dodaq rengi blesklerden istifade edirem.
11 iyul 2015 00:29
13
Offline
wenikmurik
qirmizidelisiyemmm
10 iyul 2015 22:31
12
Bugunume wukr!
Offline
emis
Pomadalardan mene her reng yarasir ama hamsindan istifade etmirem rengi bilinmeyen mat pamadalardan istifade edirem,onlarda daha rahat oluram cox istifade etmediyimden cox da maraqlanmiram kasmetkayla.tesekkur.
10 iyul 2015 21:37
11
Offline
Nur k-off
Mene daha cox aciq rengler yarawir
10 iyul 2015 21:25
10
SVETA
Offline
aliceWOnDer
Mat qirmizi rengi sevirem yarasir mene..
10 iyul 2015 21:16
9
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
teri meri
Çəhrayını və bej. rəngləri xoşlayıram
10 iyul 2015 20:29
8
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Offline
Sucan
padalari cooooox sevirem hayraniyim
10 iyul 2015 20:06
7
Offline
qanadli melek
Hec vaxt pamada istifade etmirem ancaq qirmizi dodaq boyalarini cox sevirem
10 iyul 2015 19:52
6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
Denizimm
pomadalari coxxxxxxxxxxxx seviremmmmmmm
10 iyul 2015 19:51
5

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
Offline
rəmsə
Açıq çəhrayı istifadə edirəm.Mat(tutqun)pomada isə tapa bilmirəm,vurduğum pomadanın mat olması üçün pomadanın üstündən yüngülcə pudra hopdururam)
10 iyul 2015 19:45
4
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv