Ulduzların ən sevimli dodaq boyaları

Müəllif: Fialka
Şərhlər: 15
Baxılıb: 2092
Paylaş:
Səs ver:
(səs: 1)
Qadının makiyajını tamamlayan və onun gözəlliyini vurğulayan əsas kosmetik vasitə dodaq boyalarıdır. Hətta makiyaj etmədiyimiz vaxtlarda belə təkcə dodaq boyası çəkərək nəzərləri üzümüzdəki qüsurlardan uzaqlaşdırır və daha baxımlı görünə bilirik.

Hər xanımın özünə yaraşdığını düşündüyü bir dodaq boyası rəngi var. Dodaq boyası seçimində rəng çaları ilə yanaşı qablaşdırmanı, dodaq boyasının tərkibini, qoxusunu və nəmləndirmə xüsusiyyətini, həmçinin günəşdən qoruyucu faktorlu olmasını da nəzərə almaq lazımdır.

Ancaq o qədər çeşid var ki, hansını seçəcəyimizə çox vaxt qərar verə bilmirik. Ona görə də bir-birindən cazibədar dünya ulduzlarının hansı dodaq boyalarından istifadə etdikləri ilə maraqlanırıq.

Teylor Svift

Məşhur müğənni və aktrisa Teylor Svift makiyajda həmişə dodaqlarını ön plana çıxarır. Gözəl ulduzun hansı dodaq boyasından istifadə etdiyi hamı üçün maraqlı idi. Ulduz nəhayət, bu yaxınlarda "İnstagram”da sevimli pomadasının "Nars Velvet Matte” olduğunu açıqladı. Qələm formalı bu dodaq boyası bütün diqqəti dodaqlara çəkməyə qadirdir.

Rihanna

Rihanna da qırmızı dodaq boyasını sevən məşhurlar arasındadır. Bu,heç də təsadüfi deyil. Təbiətin bəxş etdiyi iri və həcmli dodaqlarını qiymətləndirən Ririyə qırmızı rəng həqiqətən də çox yaraşır. Müsahibələrindən birində də vazkeçilməz dodaq boyasının qırmızı rəng olduğunu açıqlayan popstarın öz imzasını daşıyan "Mac Viva Glam Rihanna” adlı dodaq boyasından istifadə etdiyi deyilir.

Kim Kardaşyan

Kim Kardaşyan gözlərini ön plana çıxarmağı sevir. Ona görə də daha çox açıq qəhvəyi, bej  çalarlardakı dodaq boyalarına üstünlük verir. Kimin stilistinin sözlərinə inansaq, o, "L'Oreal Paris” firmasının "Colour Riche Extraordinaire” adlı seriyasında yer alan "Nude Ballet” dodaq boyasından istifadə edir. Ulduzun hətta toy makiyajında da bu pomadadan çəkdiyi deyilir.

Rita Ora

Məşhur müğənni Rita Ora stilində nə qədər qeyri-adi seçimlər etsə də, makiyajında klassikya üstünlük verir. Jurnallardan birinə verdiyi müsahibədə "Mac” markasının "Ruby Woo” adlı qırmızı dodaq boyasına valeh olduğunu deyib. Rita həm gündəlik, həm də gecə makiyajında bu pomadadan istifadə edir.

Kayli Cenner

Kayli Cenner də bacısı Kim Kardaşyan kimi bej çalarları sevir. "Mac”ın "Velvet Teddy” adlı dodaq boyası ilə eyni brendin "Whirl” adlı dodaq qələmindən birlikdə istrifadə edən Kayli beləliklə, dolğun dodaqlara qovuşur.

Qven Stefani

İçərisində bir az narıncı rəng çalarları olan qırmızı dodaq boyaları onun makiyaj çantasından əksik olmur. O, bəzən də dodaqlarına iki fərqli pomadanı birlikdə çəkir. Əvvəlcə "L'Oreal Paris” brendinin "Infallible Ravishing Red” adlı dodaq boyasını çəkən ulduz, dodaq makiyajını "Mac”ın "Lipglass Russian Red” ilə tamamlayır.

Emma Stoun

Ötən il "Revlon” brendinin siması olan gözəl aktrisa demək olar ki, hər zaman bu markanın makiyaj vasitlərindən istifadə edir. Ən sevimli dodaq boyası isə "Revlon Colorburst Lacquer Balm” seriyasında olan "Whimsical” adlı pomadadır. Emma xüsusi dəvətlərlə və mərasimlərə gedərkən də bu dodaq boyasını çəkir.

Lord

Ötən il populyarlaşan gənc ulduz qeyri-adi stilini makiyajında da əks etdirir. "Mac” brendi ilə əməkdaşlıq edən Lord bənövşəyi rəngli bir dodaq boyası hazırlamışdı. Öz imzasını daşıyan "Pure Heroine” adlı dodaq boyası müğənninin favoritidir.

loading...
(səs: 1)
Şərhlər: 15
Baxılıb: 2092
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Catwoman666
butun dodaq boyalarinin rengini beyendim rihanna qara derilidir ve bu reng ona cooox gozel yarasib. men de esmer oldugum ucun cox guman ki mene de yarasar amma men hele pomadadan istifade elemirem
23 iyun 2015 18:06
15
Viking
Offline
Dosta_inam
Kayli Cenner-in dodaq boyası daha çox xoşuma geldi,mende o cür renglerden istifade edirem.
23 iyun 2015 10:59
14
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
emis
Dodaq boyalarini çox sevirəm ama her rəngini yox mən daha mat pamadalari rəng olaraqda krem rəng və açıq bilinməyən rozvu rəngi sevirəm. Ama mənə dodaqda qırmızı rəng yaraşır ama istifadə etmirəm huyuxuram bunlar dan qırmızı və ət rəng olan qəşəng idi Təşəkkür.
23 iyun 2015 01:38
13
Offline
Nur k-off
Men daha çox Emma stonu beyendim
22 iyun 2015 22:57
12
SVETA
Offline
WiRiN BaLaM
Kaylı cennerin dodaq boyası daha cox xoşuma gəldi ..açıq renglere üstünlük verirem
22 iyun 2015 22:24
11
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Offline
tek umidim sen
Beyendim rengleri,gozeldi her biri...
22 iyun 2015 21:28
10
Ne mutlu TÜRK'üm diyene!...
Offline
teri meri
Mən dodaq boyasının qırmızı oolmasını sevmirəm daha təbii görünməsini sevirəm bej rəng daha çox xoşuma gəlir
22 iyun 2015 21:22
9
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Offline
vipbetul
her kesin bir zovqu var
22 iyun 2015 21:08
8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Yusif Ulker
zovqlu dodaq boyalaridi beyendi hamsini super
22 iyun 2015 20:45
7
Offline
rəmsə
Mən həmişə makiyaj edəndə gözlərimi ön plana çıxardıram,ona görə də pomada da bej rənglərə üstünlük verirəmzpomada
22 iyun 2015 20:42
6
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
ulduz
mende mac istifade etmisem super olur
22 iyun 2015 20:07
5
Qadının ən böyük vəzifəsi analıqdır :50:
Offline
Menim balam
Loreal dan olan nude rengi beyendim. tebbi görsenir
22 iyun 2015 19:59
4
Offline
BARBI
Mac ela brenddir istifade etmisem
22 iyun 2015 19:37
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Tomris Müslümova
Kayli Cenner və Rihannanın bouasını bəyəndim istifadə etdiyim rənglərdir
22 iyun 2015 19:34
2

Sən sadəcə mənimsən...!
Offline
Ayselina
Mende bej renglerden daha cox Istifade edirm.
22 iyun 2015 19:33
1
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv