Məşhurların istifadə etdiyi kosmetik məhsullar

Müəllif: Fialka
Şərhlər: 10
Baxılıb: 3 898
Səs ver:
(səs: 2)
Görəsən, dünyaca məşhur ulduzlar necə edir ki, həmişə gözəl görünür? Hamı bilir ki, onların istifadə etdikləri kosmetika məhsullarının bu gözəllikdə böyük payı var.

Bəs Cennifer Lopez, Rita Ora, Emma Ston kimi gözəl və seksual xanımlar hansı brendlərə üstünlük verir?

Diana Kryuqer
2011-ci ildə "L'Oreal”ın reklam siması olan gözəl ulduz gözlərinə füsunkarlıq bəxş edən kirpiklərinin siririni açıqlayıb. O, brendlə əməkdaşlığının bitməsinə baxmayaraq, hələ də "L'Oréal Voluminous Million Lashes” adlı tuşdan istifadə etdiyini bildirib.

Naomi Uotts
Qırmızı dodaq boyası ehtiraslı və seksual qadınların seçimidir. Naomi Uotts bu xüsusiyyətlərini vurğulamaq üçün qırmızı dodaq boyasına üstünlük verdiyini etiraf edir.
Onun ən sevimli dodaq boyası isə "L'Oréal Paris”  brendinin istehsal etdiyi "Infallible Pro Lip Color in Infallible Red” adlı pomadadır.

Keti Perri
Həm geyim stilində, həm də makiyajında rəngarəngliyi sevən müğənni adətən, parlaq, diqqətçəkici tonlara üstünlük verir. Onun ən sevdiyi makiyaj məhsulu isə "CoverGirl” brendinin göz kölgələridir.

Oliviya Uayld
Cazibədar ulduz "Revlon” brendinin "Color Burst” adlı dodaq boyasını daim makiyaj çantasında gəzdirir. Ən çox da gavalı çalarında olan dodaq boyasını sevir.

Cennifer Lopez
Makiyajında çəhrayı və narıncı rənglərə üstünlük verən Cennifer Lopez "L'Oréal Paris” in "Infallible Pro-Last Color” adlı dodaq boyası seriyasındakı "Timeless Rose" adlı dodaq boyasını çox bəyənir. O, hətta ən dəbdəbəli dəvətlərə gedərkən belə bu dodaq boyasını çəkir.

Rita Ora
Müğənni "Rimmel London” brendinin suyadavamlı laynerindən istifadə etməyi çox xoşlayır. O, bu məhsulu makiyaj çantasından heç vaxt əskik etmədiyini bildirir.

Emma Ston
Aktrisa füsunkarlığını daha da artıran narıncıya çalan qırmızı dodaq boyasının "Revlon” brendindən olduğunu bildirir. Brendin "Ultra HD Lipstick” seriyasındakı "Gladiolus" adlı dodaq boyası Emmanın ən sevimlisidir.

Kristen Danst
Müğənni və aktrisa Kristen Danstın yanaqları daim sanki günəşin təsirilə qızarmış kimi görünür. Kristen bu təbii rəngi "Flower Win Some” markasının "Rouge Some Crème Blush” adlı krem ənliyilə əldə edir.

 

 

 

 

 

 

 

(səs: 2)
Şərhlər: 10
Baxılıb: 3 898
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri