Makiyajla ehtiyyatlı davranın!

Müəllif: yasemin
Şərhlər: 7
Baxılıb: 2 495
Səs ver:
(səs: 2)
Gün ərzində fərqində olmadan sağlamlığımızı təhlükəyə atan bir çox səhvlər edirik.

Ancaq ən böyük təhlükəni xanımların vaz keçilməzi olan makiyaj yaradır.

Makiyaj zamanı vərdiş etdiyimiz bəzi yanlış davranışlar həm gözəlliyimizi, həm də sağlamlığımızı əlimizdən ala bilər.

Təqdim etdiyimiz 5 məsləhətə əməl edərək makiyajın səbəb olduğu sağlamlıq problemlərindən qoruna bilərsiniz.

1.Kosmetika məhsullarını bölüşmək
Kosmetika məhsullarını, ənlik və tonal krem çəkdiyiniz vasitələri və ya dodaq boyanızı ən yaxın rəfiqənizə belə verməməlisiniz. Çünki bu təhlükəli infeksiyalara yaxalanmağınıza səbəb ola bilər. Gigiyenik qaydalara əməl edən insanlar daraqlarını, üz və əl dəsmallarını və kosmetika məhsullarını da eynilə diş fırçası kimi ayırırlar.

Hər həftə kosmetika məhsullarınızı yaş salfetlə silib təmizləməlisiniz. Fırçalar isə hər istifadədən sonra yuyulub qurudulmalıdır.
 
2. Vaxtı keçmiş məhsullardan istifadə etmək
Biz də bilirik ki, bəzi kosmetik məhsullar olduqca bahalıdır. Ona görə də çox vaxt istifadəyə yararlılıq müddətinin bitməsinə baxmayaraq, onları atmaq istəmirsiniz.

Ancaq unutmayın ki, heç nə sağlamlıqdan daha qiymətli ola bilməz.

Vaxtı keçmiş məhsullardan istifadə etmək çox təhlükəlidir.

Belə məhsullar infeksiyaya, dəridə qızartıların yaranmasına və qalıcı dəri problemlərinə səbəb ola bilər.

Göz üçün nəzərdə tutulan kosmetika vasitələrinin ömrü daha qısa olur. 3 aydan sonra istifadə etmək məsləhət deyil.

3. Makiyajla yatmaq
Makiyajını təmizləməyəcək qədər yorğun olduğunu bəhanə edə bilərsən. Ancaq makiyajla yatmaq dəridə ciddi problemlərə yol açır. Məsələn, məsamələr qapanır, tuş, layner və qələm gözlərə zərər verir.
 
4. Kirpiklərin qayğısına qalmamaq
Bəzi tuşların tərkibində elə maddələr olur ki, onlar həm gözə, həm də kirpiyə zərər verir. Bu məhsullardan uzun müddət istifadə etdikdə kirpiklər qırılıb tökülə bilər.

Ona görə də özəl günlər istisna olmaqla tuşdan istifadə məsləhət deyil.
 
5. Gözlərin sağlamlığını qorumamaq
Gözlərin içərisinə qələm çəkmək çox təhlükəlidir. Qələmi yalnız kirpik diblərinə çəkin. Göz suyuyla təmas etməsinə imkan verməyin. Çünki onun tərkibindəki maddələr gözə zərər verməklə yanaşı, göz infeksiyalarına da səbəb ola bilərlər.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 495
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri