Cavanlaşdırıcı makiyaj

Müəllif: Melek5
Şərhlər: 11
Baxılıb: 3 844
Səs ver:
(səs: 2)
Əgər yaşınızdan cavan görünmək istəyirsinizsə, onda «Cavanlaşdırıcı makiyaj» kitabının müəllifi Dominik de Vorqun məsləhətlərini addım-addım izləyin. Burada əsas rolu rənglər oynayır.

1. Dəriniz nə qədər təmiz olsa da makiyaja başlamazdan əvvəl onu kosmetik südlə (moloçka) silin.

2. İstifadə edəcəyiniz tonal kremin rəngi dərinizdən 2 dəfə tünd olmalıdır. Tonal kremi süngərlə yayın (əllə yayılan tonal krem yaxşı effekt verməyəcək).

3. Gözlərinizin ətrafına və burnun yan hissəsinə dəri rəngindən 1 qat tünd olan korrektor çəkin.

4. Bej-çəhrayı, xaki, bürünc rəngli göz kölgəsindən istifadə edin. Bu, üzə xoş ifadə verir. Göz kölgəsini göz qapağının üst, qaşın altına yaxın hissəyə çəkin. Bu, baxışları daha cazibədar edəcək.

5. Qara göz qələmindən çox az istifadə etmək lazımdır.

6. Üzə kirşan çəkin.

7. Sonra kirpiklərinizə tuj çəkin.

8. Almacıqlara çəhrayı və ya açıq-narıncı rəngli ənlik çəkin. Ənliyi fırçanı yuxarı hissəyə hərəkət etdirərək çəkmək yanaqları yuxarı qaldırır, sifəti dartır.

9. Dodaqlarınıza vazelini yaxşıca yayıb, sonra nəm salfetlə silin. Sonda dodaqlarınıza açıq-çəhrayı rəngli boya və parıldadıcı vurun. Bu, üzə təbiilik verəcək.
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 3 844
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri