Ən yaxşı iki kosmetik məhsulunuzu kəşf edin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 241
Səs ver:
(səs: 1)
Xüsusi günlərdə yaxud daha əsrarəngiz görünmək istədiyimiz günlərdə ikisi birində effektinə malik hamarladan və örtücü (highlighter) qələmlərdən istifadə etməyi unutmayın. Əgər bahalı firmaya üstünlük verirsinizsə bu zaman Jenifer Lopez, Lilly Ghalichi, Kim Kardashiaan və Jamie Chung kimi məşhurların istifadə etdiyi MAC prep & prime vurğulayıcı qələmdən istifadə edə bilərsiniz. Maybelline lumi touch örtücü qələmi isə hər kəsin büdcəsinə uyğundur: MAC firmasının 3 rəng çaları varsa, Maybelline firması 6 rəng çalarından ibarətdir.

Rahatlıq üçün bu xüsusi qələmlərin qabının aşağı hissəsində tənzimlənə bilən başlıq mövcuddur ki, onun vasitəsilə mayeni firçaya doğru hərəkət etdirmək mümkündür. Üzə parlaq görüntü bəxş etmək üçün məhsulu əsasən göz altlarına və almacıq yanaqlara tətbiq edin. Hər iki məhsulun ərsəyə gətirdiyi gözəl nəticə gün boyu dayanıqlı olacaq. Elə isə sizə lazım olan istənilən rəngi seçin!

Həmişə baxımlı və yaraşıqlı qalın!
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 241
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri