Bronzlaşdırıcı pudra

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 897
Səs ver:
(səs: 1)
Yay mövsümündə parıltılı görünüşə sahib olmaq üçün bronzerdən istifadə etmək vacibdir. Ümumiyyətlə müxtəlif növ bronzerlər mövcuddur. Bəs bunların hansından istifadə etməli? Ən çox istifadə olunan bronzerlər bişmiş (baked) yaxud sıxılmış (pressed) bronzerlərdir.
Bişmiş (baked) bronzer krem tərkibli bürünc rəngli bronzerdir. Sıxılmış (pressed) bronzer isə adi bərk görünüşlü bronzerdir ki, fırçaya istənilən qədər miqdarda sürtərməklə istifadə olunur.
Physicians Formula parıltı bəxş edən sıxılmış (pressed) bronzerin üçü birində olmaqla, tərkibi vitaminlər, antioksidantlar və nəmləndiricilərdən ibarətdir.


Urban Decay Baked Bronzer quru fırçadan, yaxud yaş süngərdən istifadə etməklə üzə çəkilərək topaz rəngin alınması üçün istifadə oluna bilər.
Bronzerlərin istifadəsində geniş seçim mövcuddur, sadəcə vacib məqam günəşin şüaları altında gözəl görünüşə sahib olmaq üçün düzgün bronzer seçimidir.

Növbəti mərhələ yay fəsli zamanı bronzerin lazımi və düzgün miqdarda istifadə qaydasıdır. Hər hansı bir tədbirə yaxud ailə yığıncağına getməzdən, hətta fotosessiydan əvvəl ilk öncə üzdə olan ləkələri örtmək üçün örtücü kremlərdən istifadə edin. Daha sonra lazımi miqdarda bronzeri üzünüzə çəkin. Gündüz vaxtı isə daha vurğulayıcı effekt vermək üçün bronzeri yalnız üzün almacıq nahiyələrinə, gicgahlara doğru və burunun kənarlarına tətbiq edin. Daha qlamur görünüşə sahib olmaq istəyirsinizsə o zaman bronzeri qulaqlardan mərkəzə doğru almacıq yanaqlara və ümumi üzün hər tərəfinə tətbiq edin. Sonda üzdə bronzerin topa qaldığı nahiyələrin olmadığından əmin olun. Siz bu görünüşə yuxarıda adları çəkilən hər iki bronzerdən istifadə etməklə nail ola bilərsiniz.

Yay mövsümündə axıcı gözəlliyə sahib olmaq üçün makiyaj kolleksiyanıza bronzer əlavə etməyi unutmayın!

Həmişə baxımlı və yaraşıqlı qalın!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 897
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri