İsti havalarda makiyajın axmaması üçün nə etməli?

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 4 459
Səs ver:
(səs: 1)
İsti havalarda axmış makiyaj, ləkəli üzlər xanımları çox səliqəsiz və pis göstərir. Bəs bunun qarşısını necə almaq  olar və makiyajın axmaması üçün nə etmək lazımdır?  Makyajın axması təkcə isti hava və tərdən asılı deyil. Yay aylarında dəri daha çox yağ istehsal edir. Buna görə də makiyaj etməzdən əvvəl dərini balanslaşdıran kremlər, üz təmizləyici və ya azaldıcı tonik çəkin.

Avropanın tanınmış vizajistləri bu kimi halların qarşısını almaq üçün makiyaj etməzdən əvvəl dərini balanslaşdıran kremlərdən, üz təmizləyici vasitələrdən istifadənin mütləq olduğunu bildirirlər. Həmçinin dəridə yaranan yağlılıq probleminin qarşısını almaq üçün yay aylarında tonal kremlərdən istifadə olunması tövsiyyə edilmir. Yay aylarında tonal kremin kirşanla əvəz olunması daha yaxşı olardı.

Əgər istifadə etmək məcburiyyətindəsinizsə, sadəcə lazimi yerlərdə və özəl gecələrdə çəkin. Bütün üzə çəkmək məcburiyyətində də deyilsiniz. Tonal krem və korrektor çəkərkən qatı çox etməyin və nazik olmasına diqqət edin. Üzdəki qüsurları şəffaf  toz kirşanla  örtün. Toz kirşanlar üzə çəkildikdən sonra dağılmır və daha qalıcı olur.

Göz kölgələrindən istifadə etdiyiniz zaman əvvəlcə göz qapaqlarına pudra çəkin. Göz kölgələrində də üstünlüyü toz şəklində olan kölgələrə verin. Beləcə, göz makiyajı axmayacaq, göz qapaqlarına çəkilən kölgələr uzun müddətli olacaq.

Yayda suya davamlı tuş və göz qələmindən istifadə edin. Suya davamlı kosmetik vasitələr tərlədiyiniz zaman tuş və qələmin gözlərdən axmasına icazə vermir.

Pomada çəkməzdən əvvəl tonal kremdən azca dodaqlara  da çəkin. Üstündən isə dodaq boyasını çəkib dağıdın. Bu üsul dodaq boyasının daha uzun müddət qalmasına kömək edəcək.

Sonda isə makiyajın üzdə daha yaxşı qalması üçün xüsusi spreylər sıxa bilərlsiniz.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 459
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri