Dəri rənginizə ən uyğun tonal krem seçimini necə etməli?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 581
Səs ver:
(səs: 1)
Tonal krem seçimi zamanı diqqət etməli olduğunuz ən önəmli məqam dəri tonunuza uyğun gələn tonal kremi seçməkdir. Ancaq bu göründüyü qədər asan bir iş deyil. Tonal kremləri gözəyarı rəngini bəyənərək seçdikcə nəticə heç də ürəkaçan olmur. Kremi üz dərinizə vurduqdan sonra onun rəngi üz dərinizin rəngi ilə qarışaraq müxtəlif tonlar yaradır. Belə ki, hər hansı bir tonal kremi ağ kağız üzərinə töksək o müəyyən bir rəngdə görünəcək. Ancaq təbii ki, həmin tonal kremi müxtəlif tonlu üz dərilərində tətbiq etdikdə ağ kağız üzərində göründüyü rəngdə görünmür. Hətta müxtəlif tonlu üz dərilərində müxtəlif rəng çalarları əmələ gətirir. Buna görə də tonal kremin rəngini seçərkən olduqca diqqətli olmaq,ən əsası isə öz dəri tonunuzu dəqiq bilmək lazımdır.

Dəri tonlarımızı müəyyən etmək isə zənn edildiyindən daha çətindir. Yəqin elə buna görədir ki, xanımlar tonal krem seçimi edərkən çox tez-tez səhvə yol verirlər. Nəticədə üzdə maska kimi nəzərə çarpan və ya xoşagəlməz rənglər yaranır. Onda keçək məsələnin çətin tərəfinə. Yəni tonların müəyyən olunmasına. Mən bunu mümkün qədər ən asan üsulla izah etməyə çalışacağam.

Hər bir insanın dərisinin rəngi və alt tonu var. Ancaq alt ton ağbəniz və ya qarabuğdayı olmaqla qarışdırılmamalıdır. Aşağıda mən alt tonun nə olduğunu izah edəcəyəm. Ancaq əvvəlcə təsəvvür edin ki, ilk olaraq alt tonunuza uyğun gəlməyən kremləri seçim siyahınızdan çıxarırsınız və daha sonda yerdə qalan kremlər arasından öz rənginizə uyğun olanı seçirsiniz. Rəng dedikdə isə məhz elə ağbəniz,qarabuğdayı,əsmər və s. olmaq nəzərdə tutulur. Tonal krem seçimi zamanı bizim öz dərimizdə ilk müəyyən etməli olduğumuz da elə alt tondur. Alt ton doğru müəyyən olunmadıqda düzgün tonal seçimi çətinləşir. Düzgün seçilməyən tonal krem tonları üzdə boz,qırmızı,narıncı və ya göy rəng çalarları yaradır. Bu isə olduqca pis görünür.

Alt ton: isti tonlar,soyuq tonlar və neytral olmaqla 3 qrupa ayrılır. Alt tonunuzu bilməyin ən asan yolu biləklərinizdə görünən damarların rənginə baxmaqdır. Əgər damarlarınız göy rəngdə görünürsə siz soyuq alt tonlusunuz,əgər yaşıl rəngə bənzəyirsə onda deməli dəriniz isti alt tonludur.Başqa bir üsul isə sizə ən çox hansı rənglərin yaraşdığını müəyyən etməkdir. Bir çox xanımlar artıq hansı rənglərin ona daha çox yaraşdığını bilir. Əgər siz sarı,narıncı rənglərin dərinizə yaraşdığını düşünür və bijüteriyalar arasında qızılı rənglərə üstünlük verirsinizsə isti alt tonlu, əksinə mavi,bənövşəyi rəngləri sevib bijüteriyalarda da gümüşü rənglərin sizə yaraşdığını düşünürsünüzsə deməli soyuq alt tonlusunuz. Əgər bütün rənglər sizin dəri tonunuza yaraşır və necə deyərlər "rənginizi açırsa” deməli neytral alt tonuna sahibsiniz. Bəs bunu bildikdən sonra tonal krem seçimini necə edəcəyik?

Bəzi kosmetika markaları alt tonları bildirmək üçün müəyyən işarələmələrdən istifadə edir. Bunları bilmək tonal krem seçimi zamanı sizin işinizi xeyli asanlaşdıra bilər.

İşarələmə belədir:

C – soyuq / W – isti / N – isə normal alt tonları bildirir.

Bu isə Soyuq alt tonlarda – çəhrayı, İsti alt tonlarda – sarı, Neytral alt tonlarda isə neytral bazanın istifadə olunduğunu bildirir.

1012-liquid-makeupAsan dillə desək yəqin ki, bir çoxlarınız tonal kremlərin bəzilərinin azacıq sarımtıl/narıncı,bəzilərinin çəhrayıya çalan alt tonlarını gözlə azca hiss etmisiniz. Tonal krem seçimi zamanı vacib olan əsas məqam da elə buna diqqət etməkdir. Yuxarıda qeyd etdiyim işarələmə də elə bunu göstərir.

Belə qəbul edək ki, artıq öz alt tonunuzu bilirsiniz və alt tonunuza uyğun tonal kremləri seçmisiniz. Gəldik seçimin ikinci və ən asan mərhələsinə. Dəri alt tonumuzu müəyyənləşdirdikdən sonra sıra gözlə görə biləcəyiniz dəri rənglərindədir. Tünd və ya daha açıq tonal krem? Ağbənizsiniz ya əsmər?

Təbii ki indi son olaraq öz alt tonunuza uyğun olan rənglər arasından nə tünd nə açıq,məhz öz rənginizə ən yaxın olan tonal kremi seçməlisiniz. Tonal krem seçiminin ən önəmli hissəsindən biri də alarkən kremi necə yoxlamaqdan ibarətdir. Yəqin ki, bir çoxlarınız "tonal krem seçimi edərkən kremi əl biləyinin iç hissəsinə vurub yoxlamaq və həmin tona uyğun gələn tonal kremi seçmək lazımdır” deyimini müxtəlif yerlərdən eşidib. Təəssüflər olsun ki, bu yanlış inanc çox geniş yayılıb və hələ də bu üsuldan istifadə edilir. İlk öncə nəzərə almaq lazımdır ki, üz dərisi əl biləyinin iç hissəsindən daha çox günəşə məruz qalır. Buna görə də əksər hallarda üz dərisinin rəngi biləkdən bir və ya bir neçə ton tünd olur. Deməli bu zaman əl biləyinə uyğunlaşdırılaraq seçilmiş tonal krem rəngi üz üçün çox açıq olacaq. Buna görə də tonal krem almağa getdiyiniz gün çalışın ki, üz dərinizdə tonal krem olmasın və kremi biləyinizdə yox məhz elə üzünüzdə yoxlayıb tonunun sizə uyğun olub olmadığını dəqiqləşdirəsiniz.

Həcər İsmayılova
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 581
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri