Qəhvəyi gözlər üçün məşhurlardan makiyaj sirləri

Müəllif: Catwoman666
Şərhlər: 7
Baxılıb: 6 913
Səs ver:
(səs: 5)
Məşhurların vizajisti Tine Ternbou qəhvəyi göz rənginə sahib olan xanımlara öz məsləhətlərini belə verib. Qəhvəyi gözlü xanımlara göz kölgəsinin bütün rənglərindən istifadə etmək uyğun görülür. Əsas odur ki, makiyaj həddən artıq olmasın.

Leyton Misterin gözü kimi qəhvəyi rəngin tündünə çalan gözləri cəlb edici göstərmək üçün əsasən ənlikdən istifadə etmək lazımdır. Ənliyi yanağın ən ətli hissəsinə çəkmək lazımdır. Bu zaman çəhrayı və parıltılı şaftalı rənglərindən istifadə daha məqsədə uyğundur.

Cesika Albanın göz quruluşuna malik olan xanımlar daha çox dodaq boyalarına diqqət etməlidirlər. Parlaq və açıq rəngli dodaq boyalarından istifadə etməlidirlər.

Bayons Nolzun bu təbii makiyajının sirri onun göz və dodaq rənginin eyni olmasıdır.

Natali Portman bu gözəl gözlərinə görə əsasən kipriklərinə borcludu. Onun kiprikləri uzun və sıxdır. Və o, qəhvəyi rəngli tujdan istifadə edir. Əgər sizin gözləriniz qəhvəyi və saçlarınızsa qaradırsa, o zaman qara rəng tujdan istifadə etmək məsləhətdir. Əgər saçlarınız açıq qəhvəyi, şərab və ya qızılı rəngdədirsə, o zaman qəhvəyi və göy rəng tuşlardan istifadə etmək məsləhətdir.

Bəzən rəng rəngi xilas edir. Nikol Riçinin gözləri rənginə daha çox bənövşəyi rəngin bütün tonları uyğundur. Bu gözlərdə zümrüdü yaşıl göz kölgəsi və qələmlərdən istifadə daha məqsədə uyğundur.

Yeva Lonqori Parker - bu xanım tünd qəhvəyi göz rəngi ilə seçilir. Bu cür gözləri olan xanımlar makiyajlarına ehtiyatla yanaşmalıdırlar. Tündrəngli göz kölgələrindən istifadə etmək məsləhət deyil. Daha çox qızılı rənglərdən istifadə etmək məsləhətdir. Parkerin bu qızılı sırğası isə lap yerinə düşür. Bu cür sırğalar qara və tünd qəhvəyi gözlərə parlaqlıq verir və cəlbedici göstərir.

Şeney Qrayms gözlərinə daha çox açıq və tünd rəngli göz kölgələrindən eyni vaxtda istifadə edir. Bu cür badamı gözlü xanımlar gözün ön hissəsinə açıq rəngdən, sonluğuna da qara və qəhvəyinin tünd rənglərindən istifadə etsələr daha yaxşı olar. Qara qələmlə gözlərin alt hissəsindən tam ortadan sonluğa qədər çəkmək lazımdır. Və yenə gözün alt hissəsində kipriklərin içi ilə qara qələmdən istifadə etmək lazımdır.

Vizajist Ternbounun fikrincə bu cür gözlərə dəniz və səma rəngləri yumşaqlıq və cəlbedicilik verir. Cenifer Lopezi insanlara sevdirən həm də onun gözlərində olan qayğıkeş və sevgi dolu baxışlarıdır. Bunu da makiyaj ilə yaratmaq çox asandır. Cenifer gözəl gözlərinə əsasən şokalad rəngi, qızılı və bal rəngli tenlərdən istifadə edir. Və bu da onu daha da cəlbedici edir.
(səs: 5)
Şərhlər: 7
Baxılıb: 6 913
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri