Yeni gözəllik cərəyanı: çılpaq dodaqlar

Müəllif: Fialka
Şərhlər:
Baxılıb: 1384
Paylaş:
Səs ver:
(səs: 1)
Gün keçdikcə makiyajda təbiilik daha da populyarlaşır.

Payız aylarında dodaqların təbiiliyini vurğulayan dodaq boyaları xüsusi ilə aktualdır.

Makiyaj edərkən ya gözlər, ya da dodaqlar vurğulanmalıdır. İkisində də cəlbedici rənglər istifadə etdikdə yorucu təsir bağışlayır. Məsələn, təbii rəngli dodaq boyaları ağır göz makiyajı ilə çox gözəl görünür. Gözlərdəki ağır makiyaj dodağın təbiiliyi ilə birləşərək sadə gözəlliyi təcəssüm etdirir.

Gözəl görünmək üçün makiyajın sehrli gücündən istifadə edən zaman nude (dəri rəngi) rəngli dodaq boyalarının dəri rəngi ilə uzlaşmasına da fikir vermək lazımdır. Birinci növbədə  öz bədəninizin dəri rəngini yaxşı bilməlisiniz.

Makiyaj etməyi sevməyən xanımlar doğru tonlarda seçilmiş açıq rəngli pomada ilə təbii gözəlliyini korlamadan onu vurğulaya biləcək. Bir sözlə, bu pomada dəbi gündəlik həyatınızda da sizə rahatlıq gətirəcək.

Buğdayı dərili xanımlar
Tünd dərili qadınlar açıq qəhvəyi, açıq çəhrayı tonlarında pomadalara üstünlük verməlidirlər.

Sarışınlar üçün təbii rəngli pomada variantları
Qırmızıya çalan, yüngül al qırmızıya oxşayan, narıncı və ya qəhvəyi rəngin açıq tonları sarışın xanımların dəri tonu üçün ən uyğun variantdır.

Ağbəniz xanımlar
Açıq dərili xanımların dodaqlarına çəhrayı tonlarında pomada çox yaraşır.

Əsmər xanımlar
Əsmər xanımlar isə açıq krem rənginə oxşayan çəhrayı tonlarına, şaftalıya yaxın yüngül narıncı pomadalara üstünlük verməlidir.

Bu il dəbdə olan təbii rəngli dodaq makiyajına aid bir neçə nümunə toplamışıq. Fotolara baxaraq məşhurların makiyajından ilham ala bilərsiniz...

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 1384
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv