Payız dəbi: alma yanaqlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 628
Səs ver:
(səs: 4)
Ənlik yalnız qadın üslubuna təravət və parlaqlıq bəxş etmir, həmçinin vizual olaraq yanaqların formasını dəyişir.

Qəhvəyi çalarların yerini bu il çəhrayı rəngli ənliklər tutub. Təbii çalarlı çəhrayı rəngli ənliklər sayəsində yanaqlar bu payız işıq saçır!

"Chanel” moda evinin yeni kolleksiyasının nümayişi zamanı peşəkar vizaj ustası Piter Filps bildirib ki, payız-qış makiyajında dodaqlar və gözlər bir qədər diqqətdən kənarda qalacaq, əsasən, yanaqlar vuğrulanacaq.

Ənliklər, adətən, quru və diyircəkli formada olur. Lakin kosmetika şirkətləri artıq bir neçə ildir ki, həm də krem ənliklər təqdim edirlər. Quru ənliklər hər tərəfə zərifliklə yayılsa da, krem şəklində olanlar yanaqlara sağlam qızartı və parlaqlıq verir. Dəridə qalıcı olması soyuq havada seçim üstünlüyü verir. Diyircəkli ənliklər bir neçə rəngdən ibarət olduğuna görə üzə zərif qızartı bəxş edərək üzün formasını vurğulayır və işıq effekti verir.

Qeyd edək ki, çəhrayı ənliklərin ən yaxşılarını "Burberry”, "La Prairie”, "Chanel”, "Clé de Peau”, "By Terry”, "Bourjois” kimi brendlərin payız kolleksiyalarında tapa bilərsiniz.
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 3 628
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri