Qalıcı makiyaj haqqında hər şey

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 704
Səs ver:
(səs: 2)
Qalıcı makiyaj həmişə baxımlı görünmək istəyənlər üçün ideal bir seçimdir. Duş qəbul edərkən belə silinməyən layner, dodaq konturu, nəzərəçarpan qaşlarınız olmasını istəməzsinizmi?

Bir çox insan səhər yuxudan oyandığı zaman və ya dənizə girib çıxdıqdan sonra güzgüyə baxmaq istəməz. Bəziləri üçün təbii gözəllik səhər yuxudan oyandığınız və duşdan çıxdığınız anda necə göründüyünüzdür.

Həmçinin idman edərkən və iş həyatında da gün ərzində makiyajınızı qorumaq xüsusi diqqət tələb edir. Günün qaçhaqaçında bir çox qadın çantasındakı güzgü və ənlikdən istifadə etmək istəmir. Qalıcı makiyaj isə zaman qazanmaq istəyən qadınların xilaskarına çevrilir.

Qalıcı makiyaj gözlərə, qaşlara, dodaqlara tətbiq edildiyi zaman onları sadəcə nəzərəçarpan edir və sadədir. Qalıcı makiyaj üzdəki ifadəni dəqiqləşdirən bir çərçivədir.

Qalıcı makiyaj dərinin səthinə deyil, dəri altına piqmentlər yeridilərək edilir. Bu piqmentlər dərinin altında qaldığı üçün solğun və mat görünür. Bu da qalıcı makiyaja təbiilik verir.

Qalıcı makiyajdan hər kəs istifadə edə bilər. Xüsusilə makiyaj etməyə vaxt tapmayan qadınlar, idmançılar, sənətçilər, kontakt linza istifadə edənlər qalıcı makiyaja daha çox ehtiyac duyurlar. Misal olaraq sarışın və ağbəniz olan insanların kirpikləri və qaşları nəzərəçarpan deyildir. Bu da onlara solğun bir ifadə verə bilər. Bu solğunluğu yox etmək və ifadəni nəzərəçarpan etmək üçün günlük həyatda gözlərə göz qələmi və ya layner, qaşlara yüngül qaş qələmi və dodaqlara incə bir kontur çəkmək lazım gəlir. Bütün bunlar isə gün ərzində bir dəfə təzələnir. Qalıcı makiyaj isə bunların dayanıqlı hala gətirilməsidir. Hər an, hər şəraitdə axmadan, bulaşmadan, vaxt sərf etmədən makiyaj yerində qalır. Gündəlik həyatda daim baxımlı qalmağınıza səbəb olur. Ancaq təbii ki, təsiri bir gecə makiyajı ilə, laynerlə, parlaq və rəngli dodaq boyaları ilə müqaisə edilə bilməz. Lazım gəldikdə və ya istədiyiniz zaman üzərinə makiyaj edə bilərsiniz.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 4 704
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri