Makiyajınızın qalıcı olmasını istəyirsinizsə bunları edin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 083
Səs ver:
(səs: 3)
Dərinizi təmizləyin və nəmləndirin.
Gözəl və uzun müddətli makiyajın ilk addımı dərinin təmiz və nəmli olmasıdır.Təmiz və nəmləndirilmiş dəri, makiyajı çox yaxşı hopdurur, makiyaja asanlıqla və homogen şəkildə adaptasiya olar. Nəmləndiricinin makiyaja qarşı ən yaxşı müttəfiq olduğunu unutmayın!Bəzən makiyaj üçün dərimizi təmizləməyi və nəmləndirməyi unuduruq. Amma dərimizin ən böyük düşməni budur əslində…

Tonal krem:
İkinci addım tonal kremin tətbiqi. Nəmləndiricidən 10 dəqiqə sonra kremi çəkin.Tonik; kiçik qüsurları örtər, dərini düzləşdirər və makiyajın yapışma müddətini artırar.Zaman keçdikcə tonik dəridə buxarlaşmasını maneə törətmək üçün üzərinə yüngülcə toz pudra tətbiq edin. Beləcə toniki sabitləmiş olarsınız. Həmçinin yağsız fondötenler dəridə daha uzun müddət qalirlar.Tonal kremin qalıcı olması üçün, çəkdikdən bir neçə dəqiqə sonra yüngül nəmli əllərinizlə dərinizə yumşaqca basdıraraq kompres edin.Bu yolla məsamələrin içinə girər və dəriyə yaxşıca nüfuz edər.Makiyaj sirlərindən biri də budur… 

Kirşan (pudra) :
Pudradan istifadə edin. Bu, makiyajın müqavimətini artırar…Fırçayla çəkin. Üz makiyajınız qurtardı. Bu şəkildə bir tətbiq ilə dərinizdəki makiyaj saatlar boyu eyni təzəlikdə qalır.Daha sonra göz makiyajına keçin

Eyeliner:
Qadınlar cazibədar bir görünüş üçün ən çox gözlərini istifadə edərlər. Cazibedar bir göz makiyajı, bir göz qələmi və ya bir liner istifadə edərək əldə edilə bilər. Ancaq, bu ikisi arasında seçim edərkən, eyelinerin qələmdən dörd qat daha dayanıqlı olduğunu bilməlisiniz. Liner tətbiqdən əvvəl göz qapaqlarınızın üzərinə əsas olaraq pudra çəkin. Beləcə tətbiq əsnasında dağılma və yayılmaların qarşısın ala bilərsiniz.Gündüz üçün incə, gecə üçün quyruqlu qalın bir xətt edə bilərsiniz. Qalın xəttlər dramatik baxışlar yaradar. 

Tuş:
Axan bir tuş hər şeyi bərbad edə bilər.Kirpikləri uzadan, bir az da həcm verən bir tuş kifayətdir. Kirpiklərə həcm verən tuş kirpiklərdə ağırlıq yarada bilər, uzadan tuş isə kirpiklərinizə daha təbii bir görünüş verər.

Dodaq boyası:
Çox yaxşı bir dodaq boyanız var amma çəkdikdən qısa müddət sonra rəngi gedir. Nə etməli?Əvvəlcə dodaqlarınız hər vaxt hamar olmalı. Buna görə dodaqlarınızı nəmsiz buraxmayın, qurumalarına icazə verməyin. Üstü çat-çat dodaqlarda heç bir boya qalıcı ola bilməz.Dodaqlarınızı nəmləndirdikdən dərhal sonra boyanı çəkdikdə yenə rəngi gedər. Dodaqlar kremi yaxşıca mənimsəməlidir. Sonra isə boya xüsusi dodaq fırçasıyla çəkin. Üstünə də eyni rəngdə parladıcı çəkin
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 3 083
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri