Koreyalı xanımlardan dodaq dəbi

Müəllif: Fialka
Şərhlər: 8
Baxılıb: 3 626
Səs ver:
(səs: 4)
İndiki vaxtda gözəllik anlayışı gün keçdikcə dəyişir. Hər gün yeni gözəllik trendləri yaranır. Bunlardan ən məşhuru ombre dodaqlardır.Ombre dodaqlar gələn ilin ən populyar makiyaj trendlərindən biri olmağa iddialıdır.
 
 ombre makiyajını dəbə koreyalı qızlar gətirib. Bu effekt avropalı qızlarla yanaşı, vizajistlərin də xoşuna gəlib. Ona görə də, bu makiyaj texnikasını tətbiq etmək qərarına gəliblər. Dizaynerlərin payız-qış kolleksiyalarının nümayişində də ombre makiyaj texnikası nəzərə çarpıb. Əlbəttə, bu texnika ofis və gündəlik  makiyaj üçün yaramasa da, bayram axşamları və ya romantik görüşlər üçün əvəzsizdir.  
 
Bəs qadınlara xüsusi cazibədarlıq bəxş edən ombre dodaq makiyajınınecə etmək lazımdır?
 
Əvvəlcə, şəkər tozu və balı qarışdıraraq dodaqlarınıza pilinq edin. Bu, dodağı ölü hüceyrələrdən təmizləyərək dodaq boyasının daha yaxşı qalmasına kömək edəcək. Dodaqları nəmləndirmək üçün rəngsiz dodaq kremi çəkin.
 
Hansı rəng dodaq boyası çəkəcəyinizə qərar verin və  həmin rəngdən iki ton tünd olan qələmlə dodaqları haşiyəyə alın. Məsələn, əgər dodaq boyanız çəhrayı rəngdədirsə, dodaq qələmi tünd çəhrayı olmalıdır. Yaxud qırmızı rəng dodaq boyası seçmisinizsə, onda zoğalı rəngli dodaq qələmindən istifadə etməlisiniz. Daha sonra dodaq boyası ilə dodağınızı, iç tərəfləri istisna olmaqla, boyayın. Sonra daha açıq rəngli boyanı dodaqlarınızın iç tərəfinə çəkin. Dodaqlarınızı sıxın və yarım saniyə bu vəziyyətdə qalın. Dodaqlarda parıltını sevirsinizsə, sonda rəngsiz parıldadıcı da çəkə bilərsiniz. Artıq mükəmməl dodaqlara sahibsiniz. Dodaqlarınızı bu şəkildə boyayanda  göz makiyajının sadə olmasına diqqət edin.
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 3 626
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri