Dodaq boyası haqqında 10 maraqlı məlumat

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 5 267
Səs ver:
(səs: 5)
Dodağımızın daha cəlbedici, həcimli və gözəl görünməsi üçün müxtəlif rəngdə dodaq boyasından istifadə edirik. Bəs görəsən qadınların daha çox istifadə etdikləri və əl çantasında daşıdıqları bu dodaq boyasını kim ixtira edib və ilk dəfə kimlər istifadə edib? Dodaq boyası haqqında 10 qəribə və maraqlı məlumat :
 
1.  İlk dodaq boyaları
Qadınların dodaq boyasından istifadə etməsi Misir dövrünə gedib çıxır. Qədim zamanlarda qadınlar boya olaraq rəngli maddələr, gilas və digər meyvələrdən istifadə edirdilər.  Afrikada və Avropada tapılan qaya rəsimlərində qadınların dodaq boyasından istifadə etdikləri məlum oldu. Antik Misirdə təbii piqmentlərlə heyvan yağları qarışdırılıb dodaq boyası hazırlanırdı. Ancaq bu pas iyləndiyindən yararsız idi. Bu qarışığa xoş iy vermək üçün müxyəlif xoşiyli maddələr əlavə olundu. Arxeoloqlar bu qalıntıları Misirin zəngin qadınlarının məzarından tapıblar. Tapılan yazılarda qadınların süsən çiçəyi və digər xoşiyli çiçəklərin suyundan istifadə edildiyi yazılır. Bu təbii su qanı dodağa yığar və uzun bir müddət dodaqlar canlı və rəngli görünərdi. Bu dövrdə xına sadəcə saçı deyil, həmçinin digər üzvləri rəngləmək üçün də istifadə edilirdi.
 
Qədim zamanlarda Yaponiyanın soylu qadınlarının çox makiyajla çölə çıxmasına icazə verməzdilər. Adlı-sanlı xanımlar makiyajlarında ağ, qırmızı və qara rənglərdən istifadə edirdilər. Üzlərinə ağ, dodaqlarına isə qara və ya qırmızı rəng çəkirdilər.

2.  Böcəklərdən hazırlanan dodaq boyaları
Latın Amerikasında və bəzi cənub ölkələrində boyalar heyvandan alınan yağlardan hazırlanırdı. Qırmızı böcəkdən də boya hazırlamaq üçün istifadə olunurdu. Bu böcəklər toplanır, qurudulur, əzilir və toz halına gətirilirdi. Qadınlar gözəl görünmək üçün müxtəlif üsullardan istifadə edirdilər. Turuncu kili su ilə qarışdırıb dodaqlarına çəkirdilər. Bəzi tarixi mənbələrdə bu boya qorxulu kimi göstərilirdi. Çünki o vaxtlarda Rusiyada makiyaj qəribə idi. Bu boyanı qadınların dodağında görən tacirlər qorxurdular. Qadınlar üzünü ağ, qaşlarını qara, dodaqlarını mor və ya turuncu rəngə boyayırdılar. Bu qəribə makiyaj 11-ci və 13-cü yüzilliklərdə daha çox istifadə olunurdu. Qadınlar dodaq boyası olaraq zəncəfildən də istifadə edirdilər. Ancaq bu sağlamlığa ziyan idi.
 
3. Boşanmaya səbəb olan makiyaj
Orta dövrlərdə Papa makiyaj etməyi qadağan etmişdi. 17-ci yüzillikdə isə makiyaj boşanmağa səbəb olurdu. Evlilikdən əvvəl makiyajla gözəl görünən qadınları evlikikdən sonra ərləri bəyənmir. Və boşanmaq istəyirlər. 18-ci yüzillikdə  qadınlarla yanaşı oğlanlarda dodaq boyasından istifadə edirdilər.
 
4. Dodaq boyası daha tez və asan iş tapmağa kömək edirdi.
Səssiz filmlərdə rol alan qadınlar parlaq boyalardan istifadə edirdilər.  Dodaq boyası indiki dodaq boyası formasına ilk dəfə 1915-ci ildə gəlib. Və bir neçə il ərzində gündəlik bir adət halına gəlib. Elizabet Arden 1930-cu illərdə dodaq boyası çəkən qızlar çəkməyənlərə nisbətən daha çox və asan iş tapırdılar. Müasir dövrümüzdə də xanımalar daha çox müxtəlif rəngdə dodaq boyalarından istifadə edirlər.
 
5. Roma qadınları
Qədim Romada aristokrat qadınların hər birinin makiyaj etmək üçün xüsusi qulluqçusu olurdu. Aristokrat qadınlara hər gün makiyaj etməkdə kömək edən qulluqçular dodaq boyalarını əvvəlcə özlərinə çəkirdilər. Tərkibi qurşun, vermilion və digər maddələrin qarışığından olan boyalar zəhərli ola bilərdi. Buna görə də əvvəlcə qulluqçular çəkir, sonra aristokrat qadınlar istifadə edirdilər.

6.  Film setlərində qırmızı dodaq boyasına qadağa
Qadınlara "özünüzü sevin və qeydinizə qalın, bir şərab və dodaq boyası ilə özünüzü sevindirin" deyən  Elizabet Taylor film setlərində qadınlara qırmızı dodaq boyası çəkmələrini qadağan etmişdir.
 
7. Balıq pullarından hazırlanan parlaq dodaq boyaları
Qırmızı dodaq boyasını hazırlamaq üçün qədim zamanlarda müxtəlif heyvan yağlarından, zəhərli maddələrdən istifadə olunurdu. Amma indi müasir dövrdə bunlardan hazırlanmır. Dodaq boyasının parlaqlığını saxlamaq üçün hələ də balıq pullardan istifadə olunur.
 
8. Kişiləri cəlb edən dodaq boyaları
Mançestr Universitetində aparılan araşdırmalara görə kişilər daha çox dodaq boyası çəkən qadınlara baxır. Ən çox cəlb olunan qırmızı rəng dodaq boyasıdır 7 saniyə, çəhrayı dodaq boyası 6 saniyə, dodaq boyası olmayan dodaqlara isə 2 saniyə baxılır.
 
9. Makiyaja xərclənən ən çox pulun miqadarı
Qadınlar makiyaj ləvazimatlarına daha çox pul xərcləyir. Araşdırmalara görə bir qadın həyatı boyunca makiyaj ləvazimatlarına 15.000 manat pul xərcləyir. Dodaq boyalarına isə təxmini 1500 manat pul xərcləyib.

10. Dünyanın ən bahalı dodaq boyası
Dünyanın ən bahalı dodaq boyası Guerlain KissKiss Gold və Diamonds 62.000 dollardır. Bu dodaq boyasının qabı isə 18K  qızıl və 199 ədəd briliyantdan ibarətdir.
(səs: 5)
Şərhlər: 10
Baxılıb: 5 267
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri