Makiyaj modası və ya makiyaj trendləri ümumiyyətlə əvvəlki ilin
ortalarından bəlli olmağa başlayır. Bu trendləri bilərək makiyaj
vasitələrinizi almağa başlaya və yaz, yay aylarında hər şeyiniz hazır
olaraq makiyaj eləməyə başlaya bilərsiniz.
Son vaxtlarda yaranan ən böyük trend yüngül və təbii makiyajdır.
Artıq qalın və qabarıq şəkildə bilinən tonal kremlər tarix oldu və bir
çox model və makiyaj ustaları mümkün qədər az tonal krem istifadə edərək
daha təbii bir görünüş əldə etməyə çalışırlar. Beləliklə, dərinin öz
parlaqlığını, sağlamlığını və gözəlliyini ortaya çıxardaraq daha
cazibədar bir görünüşə malik olmaq mümkündür.
Bu il istifadə olunacaq makiyaj modalarından biri də göz kölgələrində
qızılı rənglərə üstünlük verilməsidir. Bununla yanaşı bijuteriyalarda
və saçlarda da bu rəngdən istifadə ediləcəkdir. Belə ki, saçlarda qızıl
sarısı reflelərə də geniş rast gələcəyik.
Pomadalarda çəhrayı və açıq rənglər əvəzinə tünd və qırmızı rənglərə
daha çox üstünlük veriləcəyi deyilir. Odur ki, üzdən azaldılan makiyaj
diqqətin dodaqlara yönəlməsinə səbəb olacaqdır. Əgər bu ilin modasına
uymaq istəyirsinizsə, mütəq qırmızı və ya daha tünd rəngli pomadalardan
istifadə etməlisiniz.
Təbii makiyaj modasının bir başqa əlaməti də bu il qalın laynerlər
çəkməyə son verilməsi, gözləri daha dağınıq və təbii göstərən laynerlər
çəkilməsidir. Bu sayədə makiyajın olub olmadığı bilinməyəcək və qalın
qaşlarla birlikdə təbiilik daha da ön plana çıxacaqdır. Onu da qeyd edək
ki, qalın qaşlar hələ uzun bir müddət davam edəcəkdir. Əgər siz yenə də
makiyajınızla diqqət çəkmək istəyirsinizsə, bunu göz kölgələrinizdə
tətbiq etməlisiniz. Qeyri-adi, parlaq rəngdə olan göz kölgələrindən
istifadə edərək diqqəti gözlərinizə yönəldə bilərsiniz .