Əgər düzgün makiyaj üsullarından istifadə edib, bəzi hiylələri bilsəniz
üzünüzü olduğundan daha fərqli göstərə bilərsiniz. Gözlərinizi daha
böyük göstərmək istəyirsinizsə, tövsiyələrimizi diqqətlə oxuyun.
Ağ göz kölgəsi
Ən çox bilinən makijay üsulu qaşların altına ağ kölgə vurmaqdır.
Ancaq gözlərinizi böyük göstərmək üçün bunun əksinə ağ kölgəni gözünüzün
künclərinə vurmalısınız. Bu ağ parlaqlıq gözünüzü olduğundan böyük
göstərəcəkdir.
Kirpiklər
Gözlərin məna qazanması üçün kirpiklərin təsiri böyükdür.
Kirpiklərinizə tuş çəkməmişdən əvvəl kirpik qatlayanla qatlayın. Sonra
isə yaxşı bir tuşla kirpiklərinizi dolğun və qalın hala gətirin. Ancaq
gözlərinizin daha böyük görünməsi üçün alt kirpiklərinizə tuş çəkməyin.
Qaşlarınıza forma verin
Son zamanlarda qalın qaşlar dəbdədir. Buna görə də qaşlarınızı
qalınlaşdıraraq düzgün bir forma verin. Əlbəttə ki, bu zaman üz
quruluşunuza uyğun bir qaş forması istifadə etməlisiniz. Düz formada
olan qaşlar gözləri böyük göstərməyə kömək edir.
Düzgün layner
Layneri qalın, yoxsa incə və uzun çəksəniz gözləriniz olduğundan
böyük görünər? Bunu bilmək üçün hər iki formanı da yoxlamalısınız.
Bununla siz öz göz quruluşunuza uyğun layner çəkmək qaydasını
tapacaqsınız.