Kosmetik məhsulları necə saxlamaq lazımdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 709
Səs ver:
(səs: 1)
Çox bəyənərək aldığınız kirpik üçün sürmə quruyur, kremlərin qoxuları fərqliləşirsə, kosmetik məhsulları necə saxlamalı olduğunuzu bilmirsiniz deməkdir. Ancaq  komandası sizlər üçün bunun yollarını axtarıb, tapdıq.

Kremlərinizi soyuducuda saxlayın.
Kremlərinizin üstündə son istifadə müddəti qeyd olunur. Kremi ən uzun saxlamaq müddəti 30 aydır. Ancaq qısa müddət ərzində həmin krem xarab olursa, tək çarəsi kremlərinizi soyuducuda saxlamaqdır.

Kirpik üçün sürməni necə saxlamalısınız?
Qurumağa başlayan kirpik sürməsinin fırçasına bir iki damcı ilıq su və ya gənəgərçək yağı damcılada bilərsiniz. Beləliklə, sürmənizin ömrünü uzatmış olacaqsınız.

Dodaq boyanızı fırça ilə çəkin.
Dodaq boyanızı xüsusi fırça ilə çəksəniz həm daha gözəl çəkmiş olarsınız, həm də dodaq boyanızı sona qədər istifadə edə bilərsiniz.

Dırnaq boyanızı sulandırın.
Quruyan dırnaq boyasının içinə bir neçə damcı dırnaq qoruyucu əlavə edərək sulandıra bilərsiniz. Beləliklə, həm boyanız sulanacaq, həm də parıldayacaqdır.

Qələmlərinizi soyuducuda saxlayın.
Göz və dodaq qələmləri ucları yonulduğu zaman qırılır və beləliklə, tez qurtarırlar. Qələmlərin qırılmaması və yayılmaması üçün istifadə etməzdən yarım saat əvvəl soyuducuda gözlədin. Bu zaman qələmin ucu sərtləşəcək və daha rahat yonulacaq.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 709
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri