Göz formasına uyğun makiyaj etmək üsulları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 6 249
Səs ver:
(səs: 3)
Gözlərə makiyaj edərkən gözün forması əsas tutulmalı və gözlərdə olan qüsurları örtəcək şəkildə bir makiyaj edilməlidir. Gözlərə vurulan göz kölgələri çox açıq və canlı rənglərdə olmamalıdır. Yüngül tonlarda olan göz kölgələri gözləri daha təbii və gözəl göstərir. Hər bir göz formasına uyğun makiyaj eləməyin üsullarını nəzərdən keçirək.

Böyük gözlər üçün makiyaj
Böyük gözlərə sahib olanlar gözlərinin altına qara qələm çəkə bilərlər. Qara qələm gözləri balaca göstərir. Lakin gözünüzün daha da böyük görünməsini istəyirsinizsə, gözünüzün altına ağ qələm çəkə bilərsiniz. Bundan əlavə gözlərinizi böyük göstərmək üçün açıq rəng göz kölgələri, kiçik göstərmək üçün isə tünd rəng göz kölgələrindən istifadə edin.

Kiçik gözlər üçün makiyaj
Kiçik gözləri olan xanımlar heç vaxt gözlərin altına qara qələm çəkməməlidirlər. Çünki bu zaman gözləri daha da kiçik görünəcəkdir. Gözünüzü daha böyük göstərmək üçün altına və içinə ağ qələm çəkin. Göz kölgələrində isə açıq rənglərə üstünlük verin.

Bir-birinə yaxın gözlər üçün makiyaj
Gözlərinizin bir-birindən daha uzaq görünməsi üçün edəcəyiniz makiyaj göz ucunda deyil gözün quyruq hissəsində daha qabarıq olmalıdır. Bunun üçün tuşu yalnız gözünüzün ucundakı kirpiklərinizə çəkin. Göz qapağınızın ortasına qədər açıq rəngdə göz kölgəsi vurun.

Bir-birindən uzaq gözlər üçün makiyaj
Gözləri bir-birinə yaxınlaşdırmaq üçün isə əksinə makiyaj gözün iç hissəsində daha qabarıq olur. Burnun uc hissəsinə tünd rəngdə tonal krem çəkməklə gözləri bir-birinə yaxınlaşdıra bilərsiniz. Bundan əlavə tonal kremi qaşlarınıza doğru yayın və tuşunuzu 2 qat çəkin.

Çuxur gözlər üçün makiyaj
Çuxurda olan gözlərə sahib olanların gözləri kiçik görsənir və buna görə də gözləri böyük göstərmək üçün olan makiyaj üsulundan istifadə etməlisiniz. Göz qapağınıza açıq rəngdə göz kölgələri çəkin və göz çuxurunun yuxarısına kimi yayın. Qələmi çox incə formada çəkin. Tuşu üst hissəyə doğru çəkin və alt kirpiklərinizə də azca vurun.

Çəkik gözlər üçün makiyaj
Çəkik gözlər ümumiyyətlə daha gözəl görünən gözlərdir. Lakin gözlərinizin belə olmasından şikayətçisinizsə, layner istifadə etməməlisiniz. Çünki bu gözlərinizi daha çəkik göstərəcəkdir.
Hər bir göz formasına uyğun makiyaj etmək üsulundan istifadə etməklə həm gözlərinizin qüsurlarını örtə, həm də daha gözəl görünə bilərsiniz.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 6 249
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri