Evdə təbii makiyaj təmizləmə suyunun hazırlanması

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 177
Səs ver:
(səs: 0)
Makiyajın üzdən tamamilə təmizlənməsi üçün bir çoxumuz makiyaj təmizləmə vasitələrindən istifadə edirik. Ancaq bunların tərkibində kimyəvi maddələr olduğu üçün dərimizə zərər verir. Buna görə də mümkün olduğu qədər makiyaj təmizləyən suları özünüz evdə təbii məhsullardan istifadə edərək hazırlamağa çalışın. Biz sizin üçün bu makiyaj təmizləyən suları necə hazırlaya biləcəyinizi və bunun üçün nələrdən istifadə edildiyini yazmışıq. Bir neçə makiyaj təmizləmə suyu reseptini sizə təqdim edirik:
 
1. Xiyar ilə makiyaj təmizləmə suyu:
Ərzaqlar: 1 ədəd xiyar, 1 stəkan süd

Hazırlanması və tətbiqi:
Əvvəlcə xiyarları sürtgəcdən keçirdin. Sonra südü əlavə edib qarışdırın. Daha sonra bu qarışığı süzün. Alınan su ilə həm makiyajınızı təmizləyə, həm də gündəlik üzünüzü təmizləmək üçün istifadə edə bilərsiniz. Bununla üzünüzün daha yumşaq olduğunun şahidi olacaqsınız.

2. Bal ilə makiyaj təmizləmə suyu:
Ərzaqlar: 1 çay qaşığı bal, 2 çay qaşığı un, 1 çay qaşığı su

Hazırlanması və tətbiqi:
Ərzaqların hamısını bir qaba töküb yaxşıca qarışdırın. Sonra bunu üzünüzə çəkin və 15 dəqiqə saxladıqdan sonra yuyun. Bu maskanı həmçinin boynunuza da çəkə bilərsiniz.

3. Yaşıl alma ilə makiyaj təmizləmə suyu:
Ərzaqlar: 1 ədəd yaşıl alma, 1 xörək qaşığı badam yağı, 500 qram süd

Hazırlanması və tətbiqi:
Əvvəlcə almanı sürtgəcdən keçirdin və içinə südü tökün. Sonra bunu tənziflə süzüb badam yağını əlavə edin. Makiyajınızı təmizləyərkən bundan istifadə edə bilərsiniz. Südün sayəsində üzünüzün yumşaq olduğunu, badam yağı sayəsində isə nəmliyinin qorunub saxlandığını görəcəksiniz.
Gördüyünüz kimi bu ərzaqlar hər biri ayrı-ayrılıqda dərimiz üçün olduqca faydalıdır. Buna görə də kimyəvi maddələrdən hazırlanmış makiyaj təmizləmə sularından almaqdansa, özünüz evinizdə bu cür təbii ərzaqlardan istifadə edərək hazırlayacağınız makiyaj təmizləyicilərdən istifadə edin. Bununla həm dərinizi təmizləmiş olacaq, həm də onun yumşaq, parlaq və daha sağlam olmasını təmin etmiş olacaqsınız.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 177
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri